Yeni tikilən binada TƏHLÜKƏ: Mənzilin arakəsməsi aşmaq üzrədir - VİDEO

Yeni tikilən binada mənzilin arakəsməsi hər an aşmaq təhlükəsi ilə üz-üzədir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülərin Sumqayıtda yeni tikilən binalardan birində qeydə alındığı iddia olunur. Mənzilin divarına toxunduqda, divar yırğalanır.
Mövzu ilə bağlı danışan inşaat eksperti Muxtar Ərturan deyib ki, görüntüdəki mənzilin arakəsməsinin qəzalı olmasına səbəb tikinti zamanı istifadə olunan materialın keyfiyyətsiz olmasıdır.
Ekspert bildirib ki, yeni tikilən binalarda tikintiyə ciddi nəzarət olsa da, mənzillərin təmiri prosesinə hansısa qurum tərəfindən nəzarət olunmur. Bu səbəbdən də bəzi tikinti şirkətləri xərcləri azaltmaq səbəbi ilə kustar üsulla hazırlanmış kərpiclərdən istifadə edirlər. Lakin sözügedən materialın bazarda yüksəkkeyfiyyətli əvəzediciləri mövcuddur.
Onun sözlərinə görə, hazırda əksər inkişaf etmiş ölkələrdə kərpic əvəzinə daha keyfiyyətli materialların istifadəsinə yer verilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Altı kəndi birləşdirən yol bərbad vəziyyətdədir; 9 kilometrlik yol illərdir ... - VİDEO
Dolların "şah dövrü" bitdi - Devalvasiya qorxusu arxada qalır?
Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
Kommunal xərcləri bu yollarla azalda bilərsiniz
Bakıda minlərlə ev söküləcək: Böyük parklar salınacaq - VİDEO
İctimai nəqliyyatda yuxuya getmək nə dərəcədə zərərlidir? - Mütəxəssisdən açıqlama
Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? - XƏBƏRDARLIQ
“Bahar gəlir, yoxsa qış geri qayıdır?” - İQLİMŞÜNASDAN MARAQLI CAVAB
Adnan Əhmədzadənin marketində fırıldaq; görün vətəndaşı necə aldatdılar – FOTO
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Endirim adı altında yayılan hansı linklər təhlükəlidir? - İKT mütəxəssisi AÇIQLADI










