Yenidən kredit götürülərsə, zaminlik qüvvədə qalırmı? – HÜQUQİ İZAH

Ölkəmizdə banklardan kredit götürərkən ən çox rast gəlinən tələblərdən biri zaminlikdir. Xüsusilə yüksək məbləğli və uzunmüddətli kreditlər zamanı banklar kredit götürən şəxsdən bir, bəzən bir neçə zamin tələb edirər. Bu, bankların riski azaltmaq üçün atdıqları addımlardan biridir. Zaminlik yazılı müqavilə şəkildə rəsmiləşdirilir. Bununla da zamin kredit götürənlə bərabər bank qarşısında məsuliyyət daşıyan şəxsə çevrilir. Lakin bəzən zamin duran şəxslər müqaviləni tam oxumadan sənədə imza atırlar. Vətəndaşları maraqlandıran suallardan biri kredit götürən şəxsin krediti yenilənməsi zamanı zaminlik məsələsi ilə bağlıdır.
Yəni kredit götürən, borclanan şəxs krediti yenilədikdə zaminin eyniyili qala bilərmi? Yeni kreditə zamin durmaq üçün ona müraciət olunmalıdırmı?
Avtosfer.az xəbər verir ki, mövzu barədə "Bizim.Media"ya danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, əslində, bütün şərtlər müqavilədə əks olunur:
“Zaminlik müqaviləsində konkret olaraq hansı kreditə görə, kreditin məbləği, müddəti və s. göstərilir. Ola bilər ki, zamin kredit limitinə görə zamin durur. Misal üçün, bir var şəxs bir il ərzində 5 min kredit üçün zamin durur, bir il keçir, kredit bitir və şəxs gedib yenidən kredit götürürsə, artıq ona zamin duran şəxs zamin hesab olunmur. Yenidən zaminlik üçün banka gedib, prosesdə iştirak edib, sənəd imzalamaq lazımdır. Biri də var ki, şəxs 10 il ərzində 5 min məbləğə qədər zamin durur. O zaman kredit götürən şəxs 10 il ərzində hər il gedib 5 min götürürsə, yenə də zamin həmin şəxs olur”.
Əli Əsədov hərbi qeydiyyatla bağlı QƏRAR İMZALADI
Vətəndaşın xəbəri olmadan onun adına kredit götürülə bilməz – Vəkil səbəbləri AÇIQLADI
Əhaliyə ŞAD XƏBƏR! - Sosial ödənişlər SABAH ödəniləcək
Avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK - VİDEO
Taksi sürücüsü dərd dinləməyə görə pul alır - Paytaxtda qeyri-adi xidmət - VİDEO
Buraxılış imtahanına salınan suallar çətin olub? – Təhsil eksperti AÇIQLADI
Cibimizə "səssiz müdaxilə" - Bankların gizli mexanizmi
Süni intellektin dəhşətli üzü - Cinayət alətinə çevrilib?
Bakıda bu ərazilərdə söküntü olacaq - KOMPENSASİYA MƏBLƏĞLƏRİ
Bayramlar yaxınlaşdıqca bazardakı qiymətlər niyə artır? - Ekspert səbəbləri AÇIQLADI
Metroda gecikmələr və sıxlığın səbəbi nədir? - Ekspert AÇIQLADI










