Yol nişanları budaqların, kol-kosun arasında itib; sürücülər cərimələnir - VİDEO

Paytaxtın yasamal rayonu ərazisində yol nişanları ilə bağlı problemlər artıq uzun ümddətdir yaşanır.
Avtosfer.az xəbər verir ki, Murtuza Muxtarov və Fuad İbrahimov küçələrinin kəsişməsində yerləşən yol nişanlarının görünməz vəziyyətdə qalması sürücülər və piyadalar üçün təhlükə yaradır.
Belə ki, 31 nömrəli orta məktəbin yaxınlığında quraşdırılmış piyada keçidi ilə bağlı nişan ağacların budaqları arasında itib. Ərazidə uzun müddətdir budama işlərinin aparılmaması səbəbindən nişanın görünməsi çətinləşib. Bu isə yaxın günlərdə açılacaq məktəbə gediş-gəliş edən şagirdlərin təhlükəsizliyini sual altına qoyur.
Eyni vəziyyət Fuad İbrahimov küçəsində də müşahidə olunur. Burada yerləşən məlumatverici yol nişanı da yarpaqların arasında qaldığından sürücülərin diqqətini cəlb etmir.
Məsələ ilə bağlı sakinlər aidiyyəti qurumların təcili olaraq ağacların budanmasını və nişanların yenidən aydın şəkildə görünməsini təmin etməsini tələb edirlər.
Fidan
Bakının ən rahat iş tapılan rayonları - SİYAHI
Bakının mərkəzində yeni təmir olunan yol çökdü: Təhlükə yarandı – FOTO - VİDEO
Bu halda pensiyanız kəsilə bilər – Sürücülük vəsiqəsi ilə əlaqəlidir
Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb? - VİDEO
"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ
Bakı buxtası ilə bağlı həyəcan siqnalı - Xəzər çəkilir - FOTOLAR
Bakının mərkəzində biabırçı mənzərə - “Qadınlar necə etsin?!” - VİDEO
Bu şəxslərin pensiyası övladına veriləcək
Xarici pasport almaq istəyənlərə VACİB XƏBƏR
Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər? - QİYMƏTLƏR
Minlərlə insana şad xəbər: bu cərimələr silinə bilər










