Yolları palçıq bağlayan sakinlər - Bellə təmizləyib hərəkət edirlər - VİDEO

Saatlı rayonunda bir sıra kəndlərə gedən avtomobil yollarının yararsız vəziyyətdə olması kənd sakinləri üçün problemlər yaradır. Avtosfer.az xəbər verir ki, bu barədə videogörüntü paylaşılıb.
Qeyd olunub ki, uzun illərdir əsaslı təmir olunmayan bu yollar xüsusilə payız-qış aylarında, demək olar ki, keçilməz hala düşür. Yolun dağılmış olması nəqliyyatın hərəkətini çətinləşdirir, təcili tibbi yardım və digər xidmətlərin kəndlərə vaxtında çatmasına mane olur. Palçıq, çuxurlar və asfalt örtüyünün olmaması səbəbindən avtomobillər tez-tez sıradan çıxır.
"Yollarımız yararsız vəziyyətdədir. Uşaqlarımız məktəbə gedə bilmirlər. Bu vəziyyətdə yolla uşağı valideyn ya çiynində, ya da maşınında aparmalıdır. Neçə ildir bu yollar bu vəziyyətdədir, amma baxan, tədbir görən yoxdur. Özümüz birtəhər vəziyyətdən çıxmağa çalışırıq", - deyə kənd sakini bildirib.
Pedalların yerini səhv salan yaşlı qadın 7 avtomobilə zərər vurdu – 4 nəfər xəsarət aldı - VİDEO
Saatlı rayonu Orta Muğan bələdiyyəsinin sədri Əli Əsgərli bildirib ki, sözügedən yol Nabatkənd kəndinə gedən yoldur.
"Bu yolda vəziyyətin çətin olmasından xəbərimiz var. Kənd yollarında yağıntılı havalarda müəyyən çətinliklər yaranır. Amma bu yollardakı problemi aradan qaldırmaq üçün bələdiyyə tərəfindən müvafiq layihə hazırlanıb. Həmin layihəyə əsasən, Nabatkənd kəndinə gedən yolun bərpa olunması 2026-cı ilin aprel-may aylarına nəzərdə tutulub. Çünki havaların yağıntılı olduğu vaxtda müntəzəm işlər görmək mümkün deyil. May ayının sonuna kimi yol normal şəkildə sakinlərin ixtiyarında olacaq", - deyə Ə.Əsgərli bildirib (Oxu.az).
Sosial şəbəkələrdə “arıqladıcı şokolad” satışa çıxarılıb; xəstəlik mənbəyidir – QİDA EKSPERTİ
Ticarətdə nağd ödəniş vergidən yayınma fürsəti yaradır – NATİQ CƏFƏRLİ
Nəqliyyat yükünün bir-iki küçəyə yönəlməsi Bakıda tıxacları artırır – EKSPERT
Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA - VİDEO
Azərbaycanda qaz istehlakı azalıb; bu yaxşıdır, yoxsa pis? – Ekspert AÇIQLADI
"Kupça" almaq istəyənlərə ŞAD XƏBƏR - 15 günə veriləcək
Ağsaqqal və ağbirçək anlayışları cəmiyyət üçün sosial şəbəkə kontentinə çevrilir - SOSİOLOQ
İş dəftərləri artıq müasir təhsilə uyğun deyil - EKSPERT
Avtobuslar dağılır, şəxsi maşınlar təhlükə yaradır... - Sabunçunun qorxunc yolları - VİDEO
Çörək bahalaşdı - 1 manat 10 qəpik - FOTO
Bu şəxslərin pensiyası 632 manata ÇATACAQ











