“Zəngəzur və Araz dəhlizi buradan keçəcək” - VİDEO

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə bir çox məsələlərə toxunub.
Avtosfer.az xəbər verir ki, dövlət başçısı sakinlərin uzun illər ərzində ağır şəraitdə yaşadığını xatırladıb.
İlham Əliyev qeyd edib ki, köçkün həyatı çox ağırdır: “Ancaq artıq o günlər arxada qaldı. Beş ilə yaxındır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və azad olunmuş bütün torpaqlarda geniş quruculuq işləri gedir, o cümlədən Zəngilan rayonunda. Yenə də deyirəm, birinci “Böyük Qayıdış” Proqramını biz Zəngilan rayonundan başlamışdıq. Bu gün Zəngilan şəhərində də birinci yaşayış kompleksinin tikintisi demək olar ki, yekunlaşır. Digər binaların tikintisi, məktəb, xəstəxana. Zəngilan məscidi tikilmişdir, gözəl bir memarlıq əsəridir. Konqres Mərkəzi, Zəngilan Beynəlxalq Hava Limanı.
Yəni, bura, bu bölgə çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək. Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq - qurduğumuz şəhərlər və kəndlər bunu göstərir.
Ermənilər viran qoyub bizim dədə-baba torpaqlarımızı, biz isə qurub-yaradan xalqıq. Biz düşməni torpaqlarımızdan qovmuşuq. İndi də doğma torpağımızda qurub-yaradırıq, şərait yaradırıq, binalar, məscidlər tikirik, tarixi abidələri bərpa edirik. Yəni, biz - bu torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq. Mən sizə də xoşbəxt həyat arzulayıram. Bir daha sizi təbrik edirəm”.
Altı kəndi birləşdirən yol bərbad vəziyyətdədir; 9 kilometrlik yol illərdir ... - VİDEO
Dolların "şah dövrü" bitdi - Devalvasiya qorxusu arxada qalır?
Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
Kommunal xərcləri bu yollarla azalda bilərsiniz
Bakıda minlərlə ev söküləcək: Böyük parklar salınacaq - VİDEO
İctimai nəqliyyatda yuxuya getmək nə dərəcədə zərərlidir? - Mütəxəssisdən açıqlama
Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? - XƏBƏRDARLIQ
“Bahar gəlir, yoxsa qış geri qayıdır?” - İQLİMŞÜNASDAN MARAQLI CAVAB
Adnan Əhmədzadənin marketində fırıldaq; görün vətəndaşı necə aldatdılar – FOTO
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Endirim adı altında yayılan hansı linklər təhlükəlidir? - İKT mütəxəssisi AÇIQLADI










