Yasamalda zibil qutusu avtomobil yolu ilə sürüşdü, heç kim müdaxilə etmədi - VİDEO

Son günlər sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub. Belə ki, paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, “ASAN Xidmət” mərkəzinin qarşısında zibil konteynerinin güclü küləyin təsiri ilə yerindən çıxaraq yolun hərəkət hissəsinə sürüşməsi qeydə alınıb. Nəticədə həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkətində çətinliklər yaranıb və təhlükəli vəziyyət formalaşıb.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı konteynerin sürüşməsi ətrafdakı obyektlərə zərər verməsə də, yol hərəkətində gediş-gəlişin pozulması, sürücülərin qəza riskinin artması və piyadaların təhlükəsiz keçid imkanlarının məhdudlaşması səbəb olub. Küləyin təsiri ilə belə obyektlərin hərəkət etməsi yalnız fiziki təhlükə yaratmır, həm də şəhər mühitində hərəkətin təşkili və ictimai asayiş baxımından problemlər yaradır.
Məsələ ilə bağlı Baki şəhər mənzil kommunal təsərrüfat departamentindən bildirildi ki, yeni müasir konteynerlər xüsusi əyləc sistemi ilə təchiz olunub, sözügedən videodaki mənzərə isə əyləc sistemina edilmiş müdaxilə nəticəsində baş verib.
Nurcan Babək
Şagirdlərə planşet paylanacaq? - Təhsildə yeni dövr: AÇIQLAMA
Masazırda maklerlər gölü dolduraraq sakinlərin "evini yıxır" - VİDEO
Bu sahədə çalışanların pensiyası arta bilər
"Uşaqlar dizə kimi palçıq içində gəlirlər" - Bərbad vəziyyətdə olan məktəb yolu - VİDEO
Yeniyetmələrə cib bıçaqlarının satılmasına qadağa qoyulsun - VİDEO
Yolları bərbad vəziyyətdə olan qəsəbə: Səki, asfalt, işıqlandırma yoxdur - VİDEO
Bu şəxslərin maaşları artacaq - ŞAD XƏBƏR!
Bakının mərkəzində "kənd həyatı" - VİDEO
Niyə neft bəzən ucuzlaşır, bəzən isə bahalaşır? – Ekspertlər səbəbləri AÇIQLADI
Bakının altında “gizli dəniz”: təhlükə var - Gerçəklər bir-bir üzə çıxır
"Avtobus və taksilər əraziyə gəlmək istəmir" – Sakinlərin yol problemi - VİDEO











