"Zibilin iyindən evdə yata bilmirik" - Bakıda baxımsız qalan park - VİDEO

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Yay parkı" uzun müddətdir ki, baxımsız vəziyyətdədir. Avtosfer.az-ın məlumatına görə, Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə sakinlər bildiriblər ki, nəzarətsizlik səbəbindən ərazidə evsiz şəxslər gecələyir, park isə məişət tullantıları ilə doludur. Nəticədə, kəskin qoxu ətrafa yayılır və bu vəziyyət sakinlər üçün həm antisanitar, həm də təhlükə yaradır. Parkı təmizləmək lazımdır, amma təmizləyən yoxdur. Evsizlərin bütün zir-zibili buradadır. Natəmizlikdir, parka istirahət etməyə çıxmaq istəyirik, amma mümkün deyil", - sakinlərdən biri bildirib.
Digər sakin isə qeyd edib:
"Burada itin, evsizlərin, oğruların, narkomanların əlindən yaşamaq mümkün deyil. Zibilin iyindən evdə yata bilmirik. Buranı park vəziyyətinə salsınlar ki, camaat zibilxanadan qurtulsun".
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi xüsusi mülkiyyətdə olmasına baxmayaraq, Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən mütəmadi olaraq tullantılardan təmizlənir.
Qurumdan həmçinin qeyd olunub ki, son müraciətlə əlaqədar hazırda ərazidə təmizlik işləri aparılır.
Keçilməz yolları olan qəsəbə - Palçıq, gölməçə, çuxur ... - VİDEO
Yolları palçıq bağlayan sakinlər - Bellə təmizləyib hərəkət edirlər - VİDEO
Göz linzalarından kosmetik vasitə kimi istifadə yanlışdır – Oftalmoloqdan AÇIQLAMA
Yollar bərbad vəziyyətdə, məktəblilər divara dırmaşır: Sakinlərin bitməyən problemləri - VİDEO
Şadlıq evlərində "orta menyu" qiymətləri neçəyədir? - VİDEO
Binalarda komendant özbaşınalığı: Pullar necə xərclənir?
Azərbaycanda vətəndaş iki yerdən pensiya ala biləcək
Paytaxtda aparılan tikinti sakinlər üçün təhlükə yaradır - "Hamı qorxu içindədir..." - VİDEO
Evdə qaz cihazlarından istifadə edərkən hansı qaydalara əməl olunmalıdır? – RƏSMİ AÇIQLAMA
“Avropa istehsalı” adı altında satılan dərmanların 70 faizi saxtadır - EKSPERT
İcra başçıları yolları əl arabaları üçün qırlayır - FOTOLAR











