Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam,avtokreslonun ön oturacaga yerlesdirmek olarmi?qanunla nece tenzimlenir?
Kamil | 17 Yanvar 2023 18:53
Salam. Sualınız aydın olmadı.
Avtosfer.az | 18 Yanvar 2023 12:44
Salam.Nivada sade buferdi ona urban buferi qoysam texpasportda deyisiklik etmeliyem ???
Məzahir | 16 Yanvar 2023 22:35
Salam. Xeyr, belə dəyişikliklərin qeydiyyat şəhadətnaməsinə yazılmasına ehtiyac yoxdur.
Avtosfer.az | 18 Yanvar 2023 12:44
salam..mende 2010 pradodu teze madel qabag buferi warlotta yigilib buna gore cerime var??elave kanstruksiya kimi texpasportda qeyd olunmalidi?evvelceden tewekkurler cavab ucun
elmeddin | 16 Yanvar 2023 19:05
Salam. Heç bir problem yoxdur. Belə dəyişiklik qeydiyyat şəhadətnaməsinə yazılmır.
Avtosfer.az | 18 Yanvar 2023 12:43
Salam melim menim masinim meqan renault 1.5turbo dizeldi biraz isleyen kimi acar isaresi gelir birdr surusmə isaresi masin sureti azalir men onu nece ve harda tam yoxlada bilerem ki onun derdi nedi
Rza | 16 Yanvar 2023 15:38
Salam. Servisə müraciət edin.
Avtosfer.az | 18 Yanvar 2023 12:43
Birnci Defe Serxoşluq Veziyyetine Gore Surculuk Huququ Mehdudlaşdirla Biler?
Yusif | 16 Yanvar 2023 14:33
Ona məhkəmə qərar verir. Məhdudlaşdıra da bilər, cərimə də tətbiq edə bilər.
Avtosfer.az | 16 Yanvar 2023 15:11
Salam,Baki şəhərində nefciler istiqametinde maşın nomresi tapmisam,onun sahibini nece tapa bilerem?
Elvin | 16 Yanvar 2023 12:51
Tapdığınız nömrəni və əlaqə nömrənizi yazın zəhmət omasa.
Avtosfer.az | 16 Yanvar 2023 13:52
10 HZ 656 Bu maşın Kime Aiddir
Rauf | 16 Yanvar 2023 09:53
Bunu biz bilmirik.
Avtosfer.az | 16 Yanvar 2023 13:51
Avtomobil cerimeler odenmediyine gore cerime meydancasina aprilibsa ,cerimeleri odedikden sonra cerime meydancasindan virbasa goturmek olarmi ya BDYPİ-den arayis almaliyiq?
Kamil | 15 Yanvar 2023 21:04
Əslində qanunda arayış nəzərdə tutulmayıb. Amma arayışsız buraxmayacaqlar.
Avtosfer.az | 16 Yanvar 2023 13:50
mator 4700 ili 2006 cı il addan ada keçirmə rusumu nə qədərdi
Xaliq | 15 Yanvar 2023 18:45
Bu linkə daxil olaraq rüsumu hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 16 Yanvar 2023 13:32
Menim mawinmin Dami qaradi buna göre ne qeder cerme oluna bilerem
Aga | 14 Yanvar 2023 23:15
Sonradan rəngləmisinizsə qeydiyyat aldırın. Əks halda 50 manat cərimə yazıla bilər.
Avtosfer.az | 16 Yanvar 2023 13:32
Salam. Maşin bazarlarda wrangle dumanlar satilir. Biz onu öz maşinlarimiza duman yerine qurlaşdira bilerik mi? Teşekkürler.
Adil | 14 Yanvar 2023 19:51
Salam. Xeyr olmaz.
Avtosfer.az | 16 Yanvar 2023 13:31
Salam. Audi a4 2003 sedan Diski hansi ölculerde qoymaq olar? r18 ya r19luq icaze varmi?
Elmar | 14 Yanvar 2023 19:28
Salam. Bunu internet üzərindən özünüz axtarıb tapa bilərsiniz.
Avtosfer.az | 16 Yanvar 2023 13:31
Salam masinim w202 kuzadi ceska(1993 cu il kohne model onun buferlerin deyisib sarlotda ve ya 4.3 buferlerin qoysam cerime var ?
Cemsid | 14 Yanvar 2023 18:00
Salam. Heç bir problem yoxdur. Çünki eyni marka və eyni modeldir. Həm də banı eynidir.
Avtosfer.az | 16 Yanvar 2023 13:30
Salam Qardaş vaz markalı maşınlarda qabag purjun ile arxa purjun eyni ölçüde kesilerse (sm kimi) cerime varmi?
Huseyn | 14 Yanvar 2023 17:34
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 16 Yanvar 2023 13:29
Salam aleykum.Bir masin nomresi var ve men o nomreni oz adima kecirtmey isdeyirem ve oz masin nomremi hemen adamin adina kecirtmey isdeyirem.(alqi satqi deyek)...Ozum xacmazdanam o biri sexs qusardandi...O sexsin avtomobil nomresi 10-nandi...Mendeki avtomobil nomresi 99-nandi...Onun ucun ancaq bakiya gedmeliyik ? Yoxsa rayondaki meroda hell ede bilerik ?...Ve alqi satqinin Dovlet rusumu ne qeder olacaq opsi...?...Diqqetinize gore minnetdaram...
Vusal | 14 Yanvar 2023 15:31
Rayonda edə bilərsiniz. Rüsumu hər maşın üçün 60 manat 80 qəpik.
Avtosfer.az | 16 Yanvar 2023 13:29
Salam sizde bir sual vermek isteyirem vaz 2107 ye r 13 diski qoymaq olar bunun cermesi var ya yox
Velibey | 13 Yanvar 2023 22:19
Salam. Zavod icazə verirsə olar. Vemirsə olmaz.
Avtosfer.az | 16 Yanvar 2023 13:28
Salam. 60BZ113 nömrəli maşının kimin adına olduğunu yazın zəhmət olmasa
Rəşad | 13 Yanvar 2023 22:01
Salam. Bunu biz bilmirik.
Avtosfer.az | 16 Yanvar 2023 13:27
Salam.menim adıma 2008ci ilden maşın var satılıb 30 illik etibarnamə ile.masini adımdan çıxarmaq istəyirəm amma həmin adam deyir ki maşın mende deyil satmışam.gah da deyir ki maşın yoxdu çürüyüb xarab olub. Həmin adam deyir ki maşını başqa adama satmışam o adamı tanımıram.men de maşını adımdan çıxarıb sosial almaq istəyirəm aile vəziyyətim çetindi. Xahiş edirem mene yol göstərərdiz.
Fəxriyyə | 13 Yanvar 2023 14:47
Salam. Etibarnaməni verdiyiniz notariusa gedin, etibarnaməni ləğv etdirin, ondan sonra DYP-yə ərizə yazıb maşının duracağa təmin edilməsini xahiş edin. Maşın yolda hərəkət edərsə duracağa qoyulacaq. Ondan sonra maşını götürüb istədiyiniz əməliyyatı edə bilərsiniz.
Avtosfer.az | 16 Yanvar 2023 13:27
salam men rayon qeydiyatiyam maşını oz adima kecirmey isdeyirem burda kecire bilerrm ?
Elcin | 13 Yanvar 2023 11:57
Salam. Rayona getməlisiniz.
Avtosfer.az | 16 Yanvar 2023 13:25
Eger yolda masin vehsi heyvana deyerek asirsa onun cermesi varmi
Eli | 13 Yanvar 2023 11:12
40 manat.
Avtosfer.az | 16 Yanvar 2023 13:25
Masini aşirdiqda cerme yazilirmi
Eli | 13 Yanvar 2023 11:07
Hansı qaydanı pozub aşırtmısınızsa onun cəriməsi yazılır.
Avtosfer.az | 16 Yanvar 2023 13:24
Afdomobilin on buferi yoxdur duracaq aparılıb men yerinde problemi hel edirəmsə mene cərimə duşur
Adəm | 13 Yanvar 2023 00:04
Bu linkə daxil olaraq ətraflı məlumat ala bilərsiniz. https://avtosfer.az/az/oyrenek/yol-polisi-bufersiz-masini-duracaga-apara-biler-qaydalar-190157
Avtosfer.az | 16 Yanvar 2023 13:23
Salam. Texpasport itirmishem. Gedib xirdalanda erize yazdim. mene dediler 1 aydan sonra gel. Zehmet olmasa deyerdiniz. 1 aydan sonra proces ne olacag? cerimesi nedi ? ve 1 aydan sonra men ora mashinla getmeliyem ve menim mahinimi tezden icerden yoxlamadan kecmelidi?
Oqtay | 12 Yanvar 2023 21:21
Salam. 1 aya ehtiyac yoxdur. 30 dəqiqəyə verilməli idi. Yoxlamaya ehtiyac yoxdur. Sadəcə yeni qeydiyyat şəhadətnaməsi verilir.
Avtosfer.az | 16 Yanvar 2023 13:22
Texniki baxışı öyrenmek
Anar | 12 Yanvar 2023 19:04
012 590 71 13 nömrəsinə zəng edib soruşa bilərsiniz.
Avtosfer.az | 16 Yanvar 2023 13:21
Xaiş edirəm mənə məsləhət gördüyünüz vəklin əlaqə nömrəsini və ya email adrrsini göndərəsiz. İnzibati xətaya görə məhkəmədə bizi müdafiə etsin.
Royal | 12 Yanvar 2023 14:26
Tanıdığımız elə bir vəkil yoxdur.
Avtosfer.az | 16 Yanvar 2023 13:20
İstehsalçı zavod işlənmiş qazların xaric olunması üçün iki çıxış qoyubsa və sonradan sürücü iki cıxış da əlavə qurasdirib dörd çıxışlı edirsə burada iki məsələyə diqqət etmək lazımdır. Əgər sürücü tərəfindən əlavə artırılmış çıxışlar bir başa katalizator sistemindən çəkilməyibsə burada qayda pozuntusundan söhbət gedə bilməz. Əsas məsələ odur ki, avtomobilin səs desibeli 84-dən yuxarı olmasın və işlənmiş qazların xaricetmə sistemi qaydasında olsun. Qeyd olunan bu normativlər qaydasındadırsa sürücü tərəfindən əlavə quraşdırılmış iki çixiş qayda pozuntusu hesab edilə bilməz. Mən bunu qanuni cəhətdən necə izzahınl verə bilərəm qarşı tərəfə? Çünki inspektor məhkəmə zalında Hakimin önündə üzümə durur yanlışdı deyə.! Xaiş edirəm tez mümkün qədər tez cavablıyardız. Oncədən təşəkkürlər.
Royal. | 11 Yanvar 2023 21:48
Özünüz izah edə bilmirsinizsə vəkil tutun.
Avtosfer.az | 12 Yanvar 2023 13:24
Salam.Mersedes dordgozde 18 lik diskə icazə varmı
Ramazan | 11 Yanvar 2023 21:23
Salam. Onu biz bilmirik. İnternet üzərindən araşdıra bilərsiniz.
Avtosfer.az | 12 Yanvar 2023 13:23
Salam. Eger menim masınım yol seraitinin pis oldugu ucun masın surusub dasa yada divara deyerse heçbir cesaret alan olmazsa ve men bu barede heckime melumat vermezsem bunun cerimesi neqederdi?
Təbriz | 11 Yanvar 2023 20:14
Salam. Sizin avtomobil əzilibsə və ya yol infarstrukturuna ziyan dəyibsə 100 manat 4 bal cəriməsi var.
Avtosfer.az | 12 Yanvar 2023 13:23
Salam...mende 95 ci ilin. Mersedes cewqasi...yeni c200.... avtomobilidir.....arxa faralari qara rengdedir....bunun cerimesi varmi....buna gore protokol yazila bilermi mene
Əfsun | 11 Yanvar 2023 18:03
Salam. Sonradan qaraldılıbsa 150 manat cəriməsi var.
Avtosfer.az | 12 Yanvar 2023 13:21
Salam. Avtomobilin mexaniki sürətlər qutusunu eyni model avtomobilin avtomat sürətlər qutusu ilə əvəz etmək qanunla mümkündürmü? Bunun üçün prosedur qaydaları nədir?
Sərxan | 11 Yanvar 2023 16:11
Salam. Dəyişə bilərsiniz. Amma elə etməlisiniz ki, avtomobildə problem yaranmasın.
Avtosfer.az | 12 Yanvar 2023 13:20