Salam. Pravanin vaxdı bugün qutardı.Pravani deyismeye neqeder vaxt mohlet verilir?
Elvin | 12 Dekabr 2022 21:51
Salam. Nə vaxt istəsəniz dəyişə bilərsiniz. Amma vaxtı qurtarıbsa sürə bilməzsiniz. 100 manat cəriməsi var.
Avtosfer.az | 13 Dekabr 2022 11:51
Salam piyadaya yol verməmək neçə manat cərimədir ?
Cəsarət | 12 Dekabr 2022 19:19
Salam. 50 manat.
Avtosfer.az | 13 Dekabr 2022 11:50
Salam men 10 gun bundan once ford fusion markali mawin aldim sahibi nomuresini satmirdi bununla bagli Tovuz sheherine getdik alwi satwi muqavilesi baglandi mawin muayineden kechdi. Sonra mene tranzid nomure verdilerki get yawadigin rayona mawini qeydiyyata sal mende geldim Gence wesherine meroya girdin senedleri teqdim eledim ve dedimki mawini qanunu yol ile ozum qeydiyyata salmaq isteyirem zehmet olmazsa mene erize blanki teqdim edin.Ordaki emekdawin soz xowuna gelmedindeyesen mene erize teqdim etmedi (Arif bey idi adi) . De chox yaxwi iw gorursen o zaman sen get alwi satqi zamani yazilan pulun chekini getir teqdim ele men sene erize blankini verim . Mende dedim ki biz elbe el alwi satqi elemiwik elimdede alwi satqi muqavilesi var. Deyir ki bu sened qane elemir get bangdan chek getir. Indi men bangdan chek almaq uchun gerek gedim tovuza hemen adamnan pulu goturum gedek banga onun adina vurym ordan chek getirim. Zehmet olmazsa mene yol gosterin men ne etmeliyem. Onceden tewekkur edirem.
Rəşad Mehdiyev | 12 Dekabr 2022 17:13
Salam. Qanunda belə şey nəzərdə tutulmayıb. DYP-yə rəsmi qaydada müraciət edin.
Avtosfer.az | 13 Dekabr 2022 11:50
Salam.
Maşın BMW E39 kuza 1997.
Mən bildiyim qədər qanunun bir müddüası deyir ki, əgər zavoddan led duman işığı gəlməyibsə, duman işıqlara led lampa quraşdırmaq olmaz.
Digər bir müddüa da qeyd edir ki, əgər avtomobilin istehsalı dayanıbsa, işıqlara dəyişiklik edilə bilər.
Zəhmət olmasa qanunvericiliyə əsasən sualımı cavablandırardınız:
maşının duman işıqlarına led quraşdırsam qanunla məni nə gözləyir?
Öncədən təşəkkürlər.
İlkin | 12 Dekabr 2022 16:41
Salam. Sizin maşının ehtiyat hissələri hələ də satılır. İstehsaldan çıxarılma o deməkdir ki, onun ehtiyat hissələri də satılmasın.
Avtosfer.az | 13 Dekabr 2022 11:48
Salam. Zavod istehsali olan arxa yan ve arxa patpresin qara olmasina icaze verilir. Icaze varsa hansi maddeye esasen
Vuqar | 12 Dekabr 2022 14:38
Salam. Arxa şüşəyə icazə var. Amma hal-hazırki qanuna görə arxa yan şüşələrin tünd olması nəzərdə tutulmayıb.
Avtosfer.az | 12 Dekabr 2022 14:57
Masini arxa stopun biri olmadan idare etmek olar
Tural | 12 Dekabr 2022 14:32
Xeyr, olmaz.
Avtosfer.az | 12 Dekabr 2022 14:54
Geldi? Wekili size bawqa nece gondermek olar?
Elvin | 12 Dekabr 2022 13:56
Xeyr, gəlmədi. 055 335 15 59 nömrəsinin votsapına göndərin.
Avtosfer.az | 12 Dekabr 2022 14:54
Wekil istemiwdiz buyrun
Elvin | 12 Dekabr 2022 13:48
Gəlməyib şəkil.
Avtosfer.az | 12 Dekabr 2022 13:53
Mersedess w124 madelde mende buferde iwiq var bunun led olmasi cerme sayilir ya yox
Elvin | 12 Dekabr 2022 12:52
Şəklini göndərə bilərsiniz?
Avtosfer.az | 12 Dekabr 2022 13:44
Mersedess W124 madelde bufer isiqlarinin led olmasina cerme dusurmu?
Elvin | 12 Dekabr 2022 09:42
Bu modeldə buferdə işıq olmur axı.
Avtosfer.az | 12 Dekabr 2022 12:43
Salam.Mende qabaq fara zavod istehsalidir,hemiwe yanir,gunuz vaxtida gece vaxtida,ayrica knopkasi yoxdu,cunki zavoddan ele cixib,yol patrul emekdawi meni saxliya biler?
OrxN | 11 Dekabr 2022 15:36
Salam. Bu, gündüz hərəkət işıqlarıdır. Zavod belə quraşdırıbsa cəriməsi yoxdur.
Avtosfer.az | 12 Dekabr 2022 12:43
Salam mende bmw 528 i dir onda 1 qazan 4ses bogucu cixir katalizatira falan toxunulmuyub senedle de m5 e yigilib yazilib dyp emekdaslari saxliyir deyir masin cerime meydancasina gedir bu hal qanunsuzluqdur yoxsa sehv mende onu bilmek isteyirem
Səməd | 11 Dekabr 2022 15:34
Salam. Əraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/qaydalar/suruculerin-diqqetine-bmw-de-bu-deyisikliyi-etmek-olar-foto-128246
Avtosfer.az | 12 Dekabr 2022 12:42
Salam.Mawin taniwimin adinadi,mene surmeye dovernost verib,ama indi o hal hazirda basqa olkede di,mawini oz adima kecirtmek ucun mutleq o qayitmalidi?
Orxan | 11 Dekabr 2022 15:32
Salam. Sürmək üçün etibarnamə ilə maşını qeydiyyata qoymaq mümkün deyil. Özü gəlməlidir və ya baş etibarnamə verməlidir.
Avtosfer.az | 12 Dekabr 2022 12:41
Salam aleykum masnin tekerina her hansi ses cixarsa cermsi ne qedrdi?
Elmar | 11 Dekabr 2022 10:39
Salam. Nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Avtosfer.az | 12 Dekabr 2022 12:40
Salam nivani urban edib senete yazdirmaqn qaydasi necedi?tebi ki qayiya gedirsen 500 manat deyir ver yazm bunun qanunu yolu nece olur?ve eyer yazilmasa cerimesi ne qederdir?
Resad | 10 Dekabr 2022 13:45
Salam. Əslində belə dəyişikliklərin texpasporta yazılması qanunla nəzərdə tutulmayıb. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/qaydalar/bu-deyisikliklere-gore-texpaport-deyismelidirmi-i%CC%87zah-122602
Avtosfer.az | 12 Dekabr 2022 12:35
Salam men Naxcivan qeydiyyatiyam oz adima mashin ala bilerem?
Elcin | 10 Dekabr 2022 10:42
Salam. Bəli ala bilərsiniz.
Avtosfer.az | 12 Dekabr 2022 12:13
salam maşını adıma aformut etmeye aparmışdım baxdılar dediler birkası yoxdur masın opel Antara dur mennen pul isteyirler men ne etmeliyem hara getmeliyem bu prases nece olur
Ramil | 10 Dekabr 2022 08:58
Salam. DYP-yə rəsmi müraciət edin.
Avtosfer.az | 12 Dekabr 2022 12:12
Eger mawinda orta qazan yoxdursa cerimesi ne qederdir?
Ferid | 10 Dekabr 2022 02:00
Orta qazanı sökməklə səs desibeli artıbsa 500 manat cəriməsi var. Yox əgər səsə təsir etməyibsə 150 manat cəriməsi var.
Avtosfer.az | 12 Dekabr 2022 12:12
Salam. Masinimin arxa yaylarinin kesildiyini deyirler mene amma hersey qaydasindadi. Esassiz olarag masinimi apariblar cerime meydancasina ve mene deyirlerki masini cek getir bize subut eleki qaydasindadi. Bu ne derecede qanuna uygundu?
Sənan | 9 Dekabr 2022 20:48
Salam. DYP-yə rəsmi qaydada müraciət edin araşdırılsın.
Avtosfer.az | 12 Dekabr 2022 12:10
Salam mende bmw e46 zavod ban nomresini vuranda zavod paket gelib.sport purjun qoymusam arxa ve qabaqlara ona icaze var ya yox?
Emin | 9 Dekabr 2022 18:36
Salam. Sonradan sport yaylar quraşdırmaq olmaz.
Avtosfer.az | 12 Dekabr 2022 12:05
Salam maşının qeydiyat nişanın kenarındaki qara xettleri defs işaresi qarışıq silmeyin ne qeder cerimesi var ve ya yerinde aradan qaldırılsa cerme yazıla bilermi ?
Kənan | 9 Dekabr 2022 15:57
Salam. Standartın pozulmasıdır. 4 bal 60 manat cəriməsi var.
Avtosfer.az | 9 Dekabr 2022 16:38
Lada Vesta tekerlerine 20mm spacer (shayba) atmagin cerimesi varmi?
Ismayil | 9 Dekabr 2022 13:47
Normativ tələbi pozacaqsa 150 manat cəriməsi var.
Avtosfer.az | 9 Dekabr 2022 13:47
Sukanin deyisdirilmesi qadağandirmi?
Ferid | 9 Dekabr 2022 07:36
Ətraflı məlumat üçün bu linkə daxil olun.
Avtosfer.az | 9 Dekabr 2022 13:16
Salam. Vaz 21015 üçün 215*50*R13 təkərlərə icazə var?
Zamin | 9 Dekabr 2022 02:12
Salam. Bunu internet üzərindən axtarıb baxın. Zavod icazə verirsə olar.
Avtosfer.az | 9 Dekabr 2022 13:15
Salam men niva markali masinimdan sade buferleri cxarib urban buferiq qoysam senetde qeyd etsem ve ya etmesem bunu cerimesi var ? Zehmet olmasa tam wekilde melumatlandirardiz
Murad | 8 Dekabr 2022 18:04
Salam. Əslində bunun cəriməsi yoxdur. Belə dəyişikliklərin sənədə yazılmasına ehtiyac yoxdur.
Avtosfer.az | 9 Dekabr 2022 13:15
Salam ,men mashini mehlede saxlamishdim,vetendash qapini doydu meni cagirdiki gelin mawini cekin cixim,mende cekdim,sonradan mennen shikayet edib,xetai rayon yol polisinnen mene zeng edib deyirler ki sizin barede shikayet var yaxinlashin polis bolmesine,bu ne derecede duzgundur
Emin | 8 Dekabr 2022 16:34
Salam. Şikayət edə bilər. Əsaslı şikayət olub-olmamasına baxmaq lazımdır. Siz harada saxlamışdınız ki, şikayət edib?
Həmin yerdən foto olsaydı baxardıq.
Avtosfer.az | 9 Dekabr 2022 13:14
Salam, sizce nissan teanan ucun hansi muherrik yagi daha uyqun gelir? Bilmirem ne kriterialra secim
Sebine | 8 Dekabr 2022 13:43
Salam. Bununla bağlı mütəxəssislərə müraciət etməyiniz tövsiyə olunur.
Avtosfer.az | 9 Dekabr 2022 13:13
Sport yaylara göre cerime nə qederdir Tək arxalar sportdur cerimesi nedir
Tura | 8 Dekabr 2022 01:15
150 manat.
Avtosfer.az | 9 Dekabr 2022 13:11
Salam. Ağ Maşının banına yeni üstüne vinil çekmey olarmı? Cermesi varmı bunun?
Xalid | 7 Dekabr 2022 15:58
Salam. Olar. Sadəcə sonra sənədləşdirmək lazımdır.
Avtosfer.az | 9 Dekabr 2022 13:11
Salam ateko yuk masini lapa yazilmayib senede
Cerimesi ne qederdi?
Umid | 7 Dekabr 2022 15:30
Salam. Lapa nəyə deyirsiniz?
Avtosfer.az | 9 Dekabr 2022 13:10





