Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Məni çox düşündürür: Yasamal rayonu Haqverdiyev küçəsi ilə Zahid Xəlilov küçəsinin kəsişdiyi yerdə Favorit mağazası var. Həmin mağazanın qarşısı Haqverdiyev küçəsi daim avtodayanacaq kimi müştəri maşınları ilə dolu olur. Digər tərəfdən yolun hər iki tərəfində taksilər dayanır. Üstəlik burada yolun hər iki üzündə avtobus dayanacağı mövcuddur. Bu bir-birinə paralel dayanacağı 100 metr H.Cavid prospektinə tərəf dəyişmək üçün kimə müraciət edək

Fikrət | 2 Fevral 2015 15:26

Dediyiniz problemlə bağlı Bakı ŞİH-nə, Nəqliyyat Nazirliyinə və Bakı şəhər DYP İdarəsinə müraciət edin. Yaxşı olar ki, bir qrup sakin adından müraciət edin.

Avtosfer.az | 3 Fevral 2015 16:49

Salam mən tbilisi prospekti ile uzu 20 yanvar metrosuna geden yoldan cavadxan küçəsinə dönüş etdim və öz yoluma davam etdim.Cavadxan küçəsindən Hüseynbala Əliyev küçəsinə döndüm və hərəkətə davam etdim.Hüseynbala Əliyev küçəsinin sonunda yol polisin məni teqib etdiyini gördüm və maşını durduraraq nə baş verdiyini öyrənmək istədim.Bu zaman yol polisi mənim maşınımın qarşısında öz xidməti avtomobilini çox kobud şəkildə saxlayaraq məni əmrə tabe olmamaqda günahlandırdı və məndən sənədləri təqdim etməyimi istədi.Mənim sənədlərim evdə qaldığı üçün mən yol polisinə 3 saat ərzində sənədlərimi təqdim edəcəyimi bildirdim.Lkin buna baxmayaraq yol polisi mənim sükanın saö tərəfinə keçməyimi tələb etdi və mənim avtomobilimi cərimə meydançasına apardı.Mən sənədləri 20 dəqiqə ərzində polis işçisinə təqdim etdim lakin yol polisi məni avtoxuliqanlıq protokolu ilə hədələyərək mənim avtomobilimi duracaqdan buraxmadı.İnspektorun dediyinə görə mən tbilisi prospektinden cavadxan küçəsinə dönərkən mənə saxla əmri verilib və mən tabe olmamışam.Mənim avtomobilimin markası ford tranzityük yerində isə dükanlara apardığım çörəklər.Mənim 56 yaşım var.Bilmək istəyirəm mən bu halda kimə və hara şikayət edə bilərəm.xahiş edirəm kömək edəsiniz.Əvvəlcədən təşəkkürlər.

Cavid | 1 Fevral 2015 13:31

Salam. Siz bu barede derhal 902 ve 102 xidmetine zeng edib sikayet edin. O cumleden, mia.gov.az saytina daxil olaraq daxili isler nazirine birbasa erize ile muraciet ede bilersiniz.

Avtosfer.az | 1 Fevral 2015 23:06

salam men azadliqdan zerife eliyeva kuchesine donen yolda hilton otelinin qarwisinda piyadaya yol vermediyime gore polis saxladi mene piyadalara yol vermemeye gore cerime tetbiq etdi lakin mene 151.2 maddeye esasen protokol yazdi men dyp nin cerimelerine baxdim orda piyadaya yol vermemey 151-3 cu qaninda qeyd olunub mene bune gore elave bal 3 yaziblar ve 60 manat cerime yaziblar ama qaydaya gore 50 manatdi ve balsizdi men bunu nece duzelde bilerem kime muraciyet eliyim zehmet olmasa yazarsiz..

heyder | 31 Yanvar 2015 22:19

Salam. Siz yolayricini kecerken piyadaya yol vermediyinize gore size yolayricini kecme qaydalarini pozmaga gore cerime yaziblar. Onun da cerimesi 60 manat, 3 baldir. Protokol duzgun yazilib.

Avtosfer.az | 1 Fevral 2015 02:33

Etibarnamə əsasında maşın almışam.Keçən ay DYP məni saxlayaraq maşına həbs qoyulduğu dedi.İndi mən hansı yolla maşını öz adıma keçirə bilərəm.Xahiş edirəm izahat verəsiniz.

Rauf | 30 Yanvar 2015 21:42

Siz əvvəl öyrənin görün nə səbəbdən həbs qoyublar. Sonrakı iş məhz bu səbəbdən asılı olacaq.

Avtosfer.az | 31 Yanvar 2015 23:49

Salam!Mən avtomobil aksessurlarının satışı ilə məşğulam.İXM-nin 406.1.6-cı maddəsində əlavə avadanlıq siyahısına aid olanlar birmənalı göstərilmişdir:Bunlar aşağıdakılardır:406.1.6. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs çoxavazlı və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda. Hörmətli Tural bəy!Bu günlərdə DYP rəsmisi Vaqif Əsədov Xenon lampalarının düzgün quraşdırılmadıqda və tənzimlənmədikdə onlar da əlavə avadanlıq kimi cərimələnəcəklər.Hətta vəzifəli şəxslərin söylədikləri fikirlər belə qanun kimi qəbul edilə,qərar kimi tətbiq edilə bilməz.Sual: DYP xenon lampalara görə əgər cərimələyəcəksə,İXM-nin hansı maddəsini rəhbər tutacaq Nonsens!!!Dərin hörmətlə Vüqar.

Vuqar | 30 Yanvar 2015 18:19

Salam. Sualinizda yazdiginiz Tural beyin kim oldugunu basa dusmedim. Amma Avtosfer.az sayti olaraq cavabimiz beledir ki, İXM-in 406-cı maddəsi əlavə avadanlıqların siyahısını müəyyən etmir. Bu maddə mühafizə olunan duracağa aparılma əsaslarını müəyyən edir. Əsaslardan biri dediyiniz əlavə avadanlıqların olmasıdır. Avtomobilin texniki təchizatını Standartlar tənzimləyir. Hər bir avadanlıq detal, və maşın markası ilə bağlı standartlar var onlara riayət edilməlidir. Bu standartlar pozulduqda isə avtomobil istismar edilə bilməz.

Avtosfer.az | 31 Yanvar 2015 23:51

Orda varki en azi bir hava yastigi ve abs olmalidi,lakin tam ceken yani 4x4 olan ehtiyac yoxdu

Turgay | 30 Yanvar 2015 16:49

Harda var?

Avtosfer.az | 31 Yanvar 2015 02:41

Salam,bilmek isteyirdim azerbaycana idzal ediln mashinlar hansi standartlara cavab vermelidiistehsal olkeleri uzte,esasen rus istehsali maraqlidi mene

Turgay | 30 Yanvar 2015 09:35

Salam, Avro 4 standartina cavab veren butun avtomobiller Azerbaycana getirile biler

Avtosfer.az | 30 Yanvar 2015 16:44

salam, 1 illik etibarnamenin rüsumu nə qədərdir

zaur | 12 Yanvar 2015 14:47

Salam. Yad adama verilirsə, 20 manat, ailə üzvlərinə 10 manat.

Avtosfer.az | 12 Yanvar 2015 18:11

Məncə təhlükəsizlik üçün həmin yolda 70 olmalıdı həm yük həmdə minik avtomobilləri üçün.Bakıda isə ən böyük problemlərdən biri budur ki,yolayırıcında yol ver və ya stop nişanı var digər tərəfdə heç bir nişan yoxdur.həmin digər tərəfə baş yol qoyulmalıdı ki sürücü əvvəkdən bilsin hansı yoldadı.Bakı küçələri sanki tapmacalar kitabıdı.

sevil zamanova | 10 Yanvar 2015 23:40

Indi Azerbaycanda minlerle yol nisani catismir.Siz deyenler de onlardan biridir

Avtosfer.az | 11 Yanvar 2015 01:33

Yəni demək istəyirdim ki,əgər yük avtomobili yaşayış məntəqəsindən kənar yolla hərəkət edirsə avtomagistraldan başqa 70 nişanının olub olmamasından asılı olmayaraq sürət 70 olmalıdı,minik avtomobillərinə sürət 110 olsa belə.

sevil zamanova | 10 Yanvar 2015 22:26

Basa dusdum.Yol nisanlarindan asilidir. Mesele burasindadir ki, bizde yuk masinlari ile bagli gulmeli nisanlar var. Shamaxi yolunda birzolaqli yolda 110 km/saat suret qoyulub. Sonra 90-a dusur.Bir zolaqli yolda 90 suret qoyulub,yuk masinlari ucun ise 70. Mentiqle bele cixir ki, yuk masini 70-le getmelidir.minik masini da 90-la gelib onu vurmalidir. Ikizolaqli yol olsaydi razilasmaq olardi.Amma birzolaqli yolda bunu nece edirlerse adami gulmek tutur sadece.

Avtosfer.az | 10 Yanvar 2015 22:41

salam necesiniz.Bilmek isteyirem kii texniki baxis haqqinda qanun quvveye minibyeni avtomobilden asili olmayaraq rusum 20 manatdi

Rustem | 10 Yanvar 2015 18:37

Salam. Buyurun,bu linke daxil olub oxuyun. Qanun quvveye minib artiq. http://avtosfer.az/news/5190

Avtosfer.az | 10 Yanvar 2015 22:08

Salam bilmek isteyirdim ki suruculuk vesiqesi almaq ucun imtahanlar ayda nece defe kecrilirbirde yaxin gunlerde ne vaxt kecrilecek

aga | 10 Yanvar 2015 14:59

Salam. Bu barede suallara DYP-nin 902 xidmetine zeng ederek cavab ala bilersiniz.

Avtosfer.az | 10 Yanvar 2015 22:09

Qeyd etmisiniz ki,yük maşınları üçün sürət məhdudiyyəti,70 nişanı olan zonada 70 lə getməyi məcbur edir.Amma Yhq-nın 50 ci maddəsinin 4 cü hissəsində yazılıb ki,yük maşınları avtomagistrallarda 90, digər yollarda isə 70 lə getməlidir.Yəni belə başa düşülür ki digər yollarda minik avtomobilləri üçün 110 sürəti qoyulmasına baxmayaraq yük avtomobilləri 70 lə getməlidi.

sevil zamanova | 10 Yanvar 2015 12:57

Sohbet suretin bezi yollarda mehdudlasdirilmasindan gedir,yeni yuk masinlarina aid mehdudlasdirmadan

Avtosfer.az | 10 Yanvar 2015 22:19

Salam.protokoldan wikayet etmishdim cagirdilar videoya baxildi ve yene erize yazdim.onnan sora ne cavan mektubu geldi nedeki hec ne.15gun kecib artiq.ama bal gosterir sistemde lakin odenilmemiw cerime yoxdur gosterir

Turgay | 9 Yanvar 2015 18:37

Salam.bununla bagli DYP-nin 902 xidmetine muraciet edin

Avtosfer.az | 9 Yanvar 2015 20:59

Salam bilmek isteyirem bezi yollarda yuk avtomobillere mecburi 70 suret yazilr.Bu suretin ehade dayresin kecdikden sonra sureti qaldirmaq olar yoxsa agir tonajli avtomobillere qoyulan suret 70-dib

aga | 9 Yanvar 2015 15:47

Salam.Yuk masinlarina suret mehdudiyyeti yalniz bu nisanlarin tesiri zonasinda aiddir.Bele nisanlarin olmadigi yerlerde diger avtomobillere tetbiq olunan suret heddi quvvededir

Avtosfer.az | 9 Yanvar 2015 21:01

Salam bilmek isterem vaz21074 markali avtomobilin arxa patpresine qarmowka perde vurmaq olar

aslan | 9 Yanvar 2015 01:49

Salam.olar

Avtosfer.az | 9 Yanvar 2015 20:37

salam mende avtomobil 2003 cu il NIssan Muranodu.matorun hecmi 3500kub.sm di.bu avtomobilin texniki baxis ve sigortasi nece manat edir.bildirim ki sonuncu defe 2012ci ilde kecib texniki baxisdan

Rustem | 8 Yanvar 2015 16:27

Salam. Sigorta texminen 150 manat,texniki baxish ise 20 manatdir

Avtosfer.az | 8 Yanvar 2015 21:11

Salam. 2 gun evvel protokol yazilib amma internetde ne cerime bali ne de odenilmemis mebleg oldugunu deyir. Cerimenin DIN saytinda cixmasini gozleyim yoxsa gozlemeden odeyim cerimeni

Mecid | 8 Yanvar 2015 12:30

Salam.cerimeni odeyin,bal varsa DIN-in saytinda odenis edildikden sonra gorunecek.Cerimenin quvveye minmesi 10 gunden sonra bas tutur.10 gun siz sikayet etmeseniz quvveye minir ve sisteme vurulur

Avtosfer.az | 8 Yanvar 2015 21:15

30

namiq | 8 Yanvar 2015 03:26

Əgər sizdə ruhi-nevroloji xəstəlik olmayıbsa və sizə vəsiqə şərtlə verilməyibsə, bu tələblər qanunsuzdur. Heç bir sənəd tələb edilmədən sizə vəsiqənin dublikatı verilməlidir. Dediyiniz sənədlər D kateqoriya vəsiqə alınarkən, habelə xəstəliyi olanlardan tələb olunur.

Avtosfer.az | 12 Yanvar 2015 18:04

menden narkaloji dispanserden ruhi eseb dispanserden hekimden sekilli arayis saglamliq haqqinda BDYP-den arayis ozudeki vesiqe 1-il muddetine verilecek sonra 1-il tamam olduqda yenisi verilecek sizden xahis ediremki mene komeklik edesiz tam seklde hansi senedler lazimdi yazasiniz tesekkur edirem

namiq | 8 Yanvar 2015 02:03

Sizin nece yashiniz var ki?

Avtosfer.az | 8 Yanvar 2015 02:51

metroya getmemisdim meroya getmisdim dyp-nin qeydiyyat sobesine

namiq | 7 Yanvar 2015 19:12

Orda ne ucun isteyirler bu senedleri? Suruculuk vesiqesi almaq ucun.yoxsa ne?

Avtosfer.az | 7 Yanvar 2015 22:49

uzur itiyirem men meroya getmisdim mene sekilli arayis doxturdan ruhi eseb arayisi narkaloji dispanserden arayis dyp-dan arayis sonrada sohbet ederik dediler herseye gore tessekurler

namiq | 7 Yanvar 2015 19:03

Metroya neye getmisdiniz ki? O dediyiniz senedler yeni suruculuk vesiqesi alinanda teleb olunur.Itmis vesiqeye gore bele senedlerin teleb edilmesi duzgun deyil.

Avtosfer.az | 7 Yanvar 2015 22:50

salam suruculuk vesiqemi itirmisem hara muraciet edim ve hansi senedleri toplayi ve rusumu haqda melumat versez cox sevinerem tesekkur edirem

namiq | 7 Yanvar 2015 18:35

Salam.surumu 18 manatdir. Qeydiyyatda oldugunuz rayon uzre ve ya Bas DYP-ye muraciet edin. shexsiyyeti tesdiq eden sened ve suruculuk vesiqesinin itmesi haqqinda elan

Avtosfer.az | 7 Yanvar 2015 18:52

Hörmətli avtosfer,Yazıb sizdən öyrənmək istərdim ki, yol hərəkəti qanunlarına görə Nərimanov rayonunda Ağa Neymətulla küçəsi ilə işıqforda yol vermə nişanı Fətəli xan Xoyski küçəsinin kəsişməsində yol kimindir və hansı yol üstünlük təşkil edir Nəzərinizə çatdırım ki, A.Neymətulla küçəsində ki yol ver nişanı göstərilsədə qarşı tərəfin yol verilməsi tələb olunur.

Əli | 7 Yanvar 2015 10:20

Nərimanov rayonunda Ağa Neymətulla küçəsi ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində svetofor var. Svetofor işləyəndə "Yol ver" və digər üstünlük nişanları qüvvəsini itirir. Ona görə də svetoforun işığına uyğun hərəkət etmək lazımdır. Məsələn sol dönən düz gələnə yol verməlidir və s.

Avtosfer.az | 7 Yanvar 2015 22:48

yenə salam, etibarnamənin vaxtı bitibsə 40 mannat cərimə, cərimə meydançasına aparılsa eyni səbəbə görə, həmin halda yenə 100 manat cərimə olunur

zaur | 7 Yanvar 2015 09:19

Salam. Etibarnamənini vaxtı bitdikdə istənilən halda 40 cərimə nəzərdə tutulur. Cərimə meydançasına aparılmanın cəriməyə təsiri yoxdur. Amma maşın evakuatorla aparılarsa, 20 manat evakuator pulu alınacaq.

Avtosfer.az | 7 Yanvar 2015 22:47

dyp den deyirlerki sizin 3 odenilmemish cerimeniz var.men de suruculuk vesiqesile sistemda yoxlayiram hec bir cerime gosterilmir .bu ne derecede duzgundu .

zeynal | 6 Yanvar 2015 23:47

Sisteme ancaq size yazilmis ballar vurulur,ola bilsin ki, qerar cixarilmayib.Yeni,size gonderilib,ama gelib catmayib/Siz 902-den sorusun.

Avtosfer.az | 7 Yanvar 2015 01:45

Bayaq 902-yə zəng etdim və soruşdum ki avtomobilimi texniki baxışdan keçirmək istəyirəm yol vergisi ləgv olunub yoxsa yox İnspektmənə dediki : qərar verilib amma hələ qüvvəyə minməyib. Bu dogru cavabdır Bəs nə vaxt qüvvəyə minəcək

sevil zamanova | 6 Yanvar 2015 21:26

Gozlemek lazimdir.Cenab Prezident qanunu tesdiq edenden sonra quvveye minecek

Avtosfer.az | 7 Yanvar 2015 01:44

menim qayda pozuntusuna gore odenilmemis cerimelerim ve 9 balim vardi. indi ise cerimelere baxdim hec ne qalmayib. silinib. amma odenis etmemisem. masinin nomresi: 10RL797. suruculuk vesiqemin nomresi AB 539108.

tural | 6 Yanvar 2015 20:12

Cərimə heç bir halda öz-özünə silinə bilməz. Ola bilsin ki, hansısa texniki problem səbəbindən cəriməyə dair məlumat görünmür.

Avtosfer.az | 7 Yanvar 2015 19:09

Salam! Men Portuqaliyada telebeyem ve burda avtomobil idare etmek isteyirdim lakin bunlar bizim vesiqeni tanimirlar. deyirler tesdiq lazimdir amma bizim burda sefirlik yoxdur onu distant sekilde nece testiqlemek olar yada beynelxalq elemek

Murad | 6 Yanvar 2015 19:53

Salam. Əgər Portuqaliya 1968-ci il Vyana Konvensiyasının üzvüdürsə, onda sizin sürücülük vəsiqənizi tanımalı idi. Amma tanımama başqa səbəbdəndirsə, bunu təsdiqlətməyin əhəmiyyəti olmayacaq. Belə halda siz gərək Vəsiqənizi Portuqaliya vəsiqəsinə dəyişəsiniz. Amma ola bisin ki, sizin vəsiqə köhnə nümunəli olduğundan orada tanımırlar, belədirsə, onda şəxsən Azərbaycana gələrək vəsiqənizi yeni nümunə ilə dəyişməlisiniz.

Avtosfer.az | 7 Yanvar 2015 19:07

salam, etibarnameni asan xidmetden almaq olar, yoxsa ancaq notoriusdandan almaq olur

zaur | 5 Yanvar 2015 16:28

Salam. Asan xidmet merkezlerinin saytindan oyrene bilersiz.Hansisa merkezde etibarnamenin verilmesi xeberi yayilib.Bunu ASAN xidmetden oyrene bilersiniz.Amma hazirda etibarnameler notarial kontorlarda verilir.

Avtosfer.az | 6 Yanvar 2015 02:36