30 saniyədə “hack”: WhatsApp-da təhlükəli virus yayılır - VİDEO

Texnologiya 27 Yanvar 2021 22:47 Oxunub 3470
30 saniyədə “hack”: WhatsApp-da təhlükəli virus yayılır   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ESET: WhatsApp istifadəçilərinə qurd virusu ciddi təhlükə yaradır.

Android istifadəçiləri WhatsApp vasitəsilə yayılan zərərli proqramdan ehtiyatlanmalıdırlar. Qurd virusu adını almış zərərli proqram rəsmi Google Play mağazasına bənzər saxta səhifədən endirilməsini təklif edən mobil tətbiq maskası altında gizlənir. 

Bu zərərli proqramın necə işlədiyini və virusdan qorunmağın üsullarını bu materialından tapa bilərsiniz.

Kiber təhlükəsizlik tədqiqatçıları istifadəçilərə Android cihazlarını yoluxduran yeni bir virus aşkar ediblər. Virus Quick Reply avtocavab sistemi vasitəsilə yayılır. Qeyd olunur ki, bu zərərli proqram WhatsApp vasitəsilə yayılır və tətbiq mesajındakı hər hansı bildirişə avtomatik cavab verir. Bağlantı saxta və zərərli Huawei Mobile tətbiqinə gətirib çıxarır. Zərərli proqram haqqında ilk məlumat verən Twitter istifadəçisi @ReBensk olub. 

Virus cihaza yoluxduqdan sonra WhatsApp sürətli cavab funksiyası vasitəsilə hücum həyata keçirərək bildirişlərə giriş tələb edir. Mövcud versiyada zərərli kod avtomatik cavabları yalnız qurbanın WhatsApp kontaktlarına saatda bir dəfədən çox olmayaraq göndərir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh