Alimlər 24 min il ərzində yatmış canlı orqanizmi oyandırdılar

Rusiyalı alimlər Yakutiyanın şərqində 24.000 il ərzində yatmış vəziyyətdə olmuş rotatorilər adlı heyvan növünü uğurla oyandırdıqlarını elan ediblər. Tədqiqatın təfərrüatları Current Biology jurnalında dərc olunub. Yeni tədqiqat çərçivəsində alimlər Sibirin ekstremal soyuq iqlim şəraitində minilliklər ərzində sağ qalmağı bacarmış rotatoriləri təsvir ediblər. Bu kiçik ölçülü canlı orqanizmin əksər növü şirin sularda, digərləri isə dənizlərdə yaşayır. Bu tədqiqatı aparmış alimlər qazma texnologiyaları vasitəsilə Sibirin uzaq nöqtələrində bu cür canlı orqanizm nümunələrinin əldə olunması üzrə fəaliyyət göstərirlər. Tədqiqatda qeyd edilmiş rotatorilər 3.5 metr dərinlikdə aşkar edilib.
Tədqiqatçılar heyvanların yaşlarını təyin etmək üçün radiokarbon tarixləşdirmə üsulundan istifadə ediblər. Daha sonra sözügedən heyvanlar buz örtüyündən azad olan kimi bir-birilərini klonlaşdıraraq çoxalmağa başlayıblar. “Bizim kəşfimiz onu sübut edir ki, çoxhüceyrəli heyvanlar minilliklər ərzində anabioz vəziyyətində yaşaya bilərlər” - deyə rusiyalı tədqiqatçılardan biri qeyd edib. Alimlər onu da bildiriblər ki, rotatorilər ən primitiv çoxhüceyrəli heyvanlardan biri olsalar da, onlar uzunmüddətli yaşama dövrü ilə fərqlənirlər. Onlar ekstremal şərtlər altında sağ qalmağı bacaran heyvanları müşahidə edən bioloqların maraqlarını cəlb edirlər.
Rotatorilərin daha bir özəllikləri ondan ibarətdir ki, onlar ani və uzunmüddətli quraqlığa dözə bilirlər. Buna görə də onurğasız canlılar sinifinə daxil olan orqanizmlər özlərini bir növ quruda bilirlər. Alimlər qeyd ediblər ki, bu halda onlar ani olaraq öz hüceyrələrindən müxtəlif maddələri çıxardırlar və anabioz vəziyyətinə keçid edirlər. Onların orqanizmlərində funksionallıq üçün lazımlı maye miqdarı kifayət qədər olduqda sözügedən canlılar yenidən oyanırlar. Məhz bu cür mexanizm hesabına rotatorilər ekstremal aşağı temperatur şəraitinə də dözə bilirlər. Onlar rahatlıqla buzun daxilində illərlə qala bilərlər. Bu halda onlar anabioz vəziyyətində olurlar. Buz əriyəndən sonra isə bu canlılar anabiozdan çıxaraq normal həyata qayıdırlar./technote
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











