“Apple”dan yeni funksiya: Ölüm ayağında VƏSİYYƏT ...

Texnologiya 15 Yanvar 2022 12:41 Oxunub 760
“Apple”dan yeni funksiya: Ölüm ayağında VƏSİYYƏT ...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Apple” şirkəti bir neçə müddət bundan öncə iOS 15.2 əməliyyat sisteminin hamı üçün nəzərdə tutulmuş beta versiyasını təqdim etmişdi.

TED.az xəbər verir ki, şirkət iOS-in bu versiyasına “Digital Legacy” adlı funksiyanı əlavə edib.

Qeyd edək ki, “Apple” sözügedən funksiyanı hələ iyun ayında “WWDC 2021” konfransında təqdim etmişdi. İstifadəçi ölüm ayağında bu funksiya vasitəsilə məlumatlarını kiməsə vəsiyyət edə bilər.

Lakin hazırda hər hansı bir “iPhone” istifadəçisi həyatını itirən zaman onun ailə üzvləri smartfondakı məlumatları əldə edə bilmirlər.

Məsələ burasındadır ki, həyatını itirmiş şəxsin məlumatları konfidensial hesab edilir və heç kimə açıqlanmır.

Bu məsələdə hətta ölüm şəhadətnaməsi və məhkəmənin miras qərarı da kömək olmur. “Digital Legacy” funksiyası isə bu problemi aradan qaldırmaq üçün nəzərdə tutulub.

Beləliklə istənilən istifadəçi güvəndiyi 5 şəxsi seçə bilər. Həmin şəxslər isə istifadəçinin ölümündən sonra onun “iCloud” hesabını və həmin hesabda mövcud olan məlumatları (foto, video, sənədlər və s.) əldə edəcəklər.

Bunun üçün “Apple” şirkətinə sadəcə, olaraq ölüm şəhadətnaməsini və istifadəçinin “iCloud” hesabının şifrəsini təqdim etmək lazım gələcək.

“Digital Legacy” funksiyası “iPhone”larda, “iPad”lərdə və “Mac” modellərində aktiv olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh