Banner

Ayın görünməyən tərəfinə kosmik missiya göndəriləcək

Texnologiya 29 Aprel 2024 22:39 Oxunub 488
Ayın görünməyən tərəfinə kosmik missiya göndəriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu həftə Çinin 2020-ci il missiyasının ehtiyat kosmik gəmisindən istifadə edərək “Chang'e-6”nı kosmosa göndərəcəyi və Ayın daim Yerdən uzağa baxan tərəfindən torpaq və qayaları toplayacağı gözlənilir.

Avtosfer.az “Azərtac” istinadla xəbər verir ki, Çin yaxın günlərdə Ayın cənub qütbündə ilk ekipajın enişinə və bazaya zəmin yaradacaq üç missiyanın birincisində Ayın uzaq tərəfinə bir robot kosmik gəmi göndərəcək.

2007-ci ildə mifik Ay ilahəsinin adını daşıyan ilk “Chang'e” missiyasından bəri Çin ABŞ və Rusiya ilə texnoloji uçurumu daraltmaqla Yerin təbii peykinin kəşfiyyatında irəliyə doğru sıçrayış etdi.

Çin 2020-ci ildə dörd onillikdən çox müddətdə ilk axtarışında Ayın yaxın tərəfindən nümunələri Yerə gətirdi və ilk dəfə olaraq ekipajsız kosmik gəmini Ayın səthindən Yerə təhlükəsiz şəkildə qaytara biləcəyini təsdiqlədi.

Yerlə birbaşa görüş xətti olmayan “Chang'e-6” missiyası 53 gün ərzində Ayın orbitində yeni yerləşdirilmiş “Relay” peykinə istinad edəcək. Həmin peyk Çinin su əlamətləri tapmaq üçün Cənub qütbünü kəşf etməyə və Rusiya ilə ibtidai forpost tikməyə başladığı vaxt, müvafiq olaraq, 2026-cı və 2028-ci illərdə ekipajsız “Chang'e-7” və “Chang'e-8” missiyalarını dəstəkləyəcək.

Çin 2030-cu ilə qədər öz astronavtlarını Aya yerləşdirməyi hədəfləyir. Pekinin qütb planları NASA-nın narahatlığına səbəb olub, onun rəhbəri Bill Nelson dəfələrlə Çinin istənilən su ehtiyatını özününkü hesab edəcəyi barədə xəbərdarlıq edib. Pekin isə ortaq gələcək qurmaq üçün bütün xalqlarla əməkdaşlığa sadiq qaldığını bildirir.

Çin “Chang'e-6” vasitəsilə Fransa, İtaliya, İsveç və Pakistandan, “Çang'e-7” ilə isə Rusiya, İsveçrə və Tailanddan faydalı yüklər daşıyacaq. NASA-nın Çinlə birbaşa və ya dolayısı ilə hər hansı əməkdaşlıq etməsi ABŞ qanunlarına görə qadağan edilib.

NASA-nın rəhbərlik etdiyi ayrıca “Artemida” proqramı çərçivəsində ABŞ astronavtları 2026-cı ildə cənub qütbünə yaxın yerə enəcəklər ki, bu da 1972-ci ildən bəri Aya ilk insan missiyasıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh