Bəzi avtomobillər niyə gec işə düşür? – Sahil usta səbəbləri AÇIQLADI - VİDEO

Ölkədə avtomobil sahibləri arasında ən çox rast gəlinən şikayətlərdən biri də maşınların gec işə düşməsidir.
Avtosfer.az xəbər verir ki, xüsusilə səhər saatlarında və ya bir müddət istifadəsiz qaldıqda avtomobillər normal qaydada işə düşmür. Sürücülərin sözlərinə görə, dəfələrlə ustaya müraciət etsələr də, problem bir müddət sonra yenidən təkrarlanır.
Ustaların fikrincə isə, avtomobildə ilkin olaraq müəyyən texniki nasazlıqlar aradan qaldırılsa da, əsas səbəb dərinləşdirilmiş yoxlamalardan sonra üzə çıxır. Bu isə həm vaxt itkisinə, həm də əlavə xərclərə səbəb olur.
Mövzu ilə bağlı avtomobil ustası Sahil Ağabəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, bu problem daha çox köhnə model avtomobillırdən gedir:

“Bu avtomobilin mütləq şəkildə farsunkalarında problem olduğu anlamına gəlmir. Problem mühərrikin içində, məsələn, porşinlərdə və ya qlapanlarda da ola bilər. Əgər avtomobil avtomat sürətlər qutusu ilə təchiz olunubsa, nasazlıq bununla da bağlı ola bilər. Yəni, əsmənin səbəbi müxtəlif amillərdən qaynaqlana bilər”.
Sahil usta vurğulayıb ki, videoda görünür ki, mühərrik silkələnir:
“Baxmayaraq ki, sürücü müxtəlif üsullarla problemi aradan qaldırmağa çalışır, yenə də düzəlmir. Bu isə çox güman ki, mühərrikin artıq istifadə müddətini başa vurması ilə bağlıdır. Həmçinin, avtomobil dizel olduğu üçün dizel yanacağının keyfiyyətinə və qatqıların düzgün seçilməsinə diqqət yetirilməlidir. Avtomobilə zamanında texniki xidmət göstərmək, onu yüksək dövrlərdə hərəkət etdirmək və yanacaq sisteminə qulluq etmək vacibdir”.
Fidan
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
22.000 kilometrlik Avropa METROSU GƏLİR: Bu ölkələrdən keçəcək
İtaliyada qatarlar zəlzələləri qabaqcadan biləcək
Yeni nəsil avtomobillərdə qəza riskini azaldan texnologiya sistemi necə işləyir? – Mütəxəssis AÇIQLADI - FOTO











