Bu ölkəyə ON MİN DRON tədarük edəcək
Texnologiya
8 Mart 2024 18:21
Oxunub 470
Böyük Britaniya hökuməti Ukraynaya on min dron tədarük etməyə hazırlaşır.
Bunu krallığın müdafiə naziri Qrant Şapps martın 8-də Ukraynada səfərdə olarkən bildirib.
Onun sözlərinə görə, bununla da Böyük Britaniya pilotsuz uçuş aparatları (PUA) ilə bağlı Ukraynaya verəcək 200 milyon funt məbləğində mövcud öhdəliyi 325 milyon funtadək artırır.
Qrant Şapps bildirib ki, krallıq əsasən FPV adlanan dronları birinci əldən təchiz etməyə çalışır. Belə PUA-lar Ukrayna hərbçiləri tərəfindən cəbhədəki hədəfləri vurmaq üçün uğurla istifadə olunur: “Habelə, təhvil verilən silahlar arasında minə yaxın kamikadze, həmçinin kəşfiyyat və dəniz dronları da olacaq”. (“Report”)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR