Çin kosmosda orbital elektrik stansiya quraşdıracaq

Çin alimləri kosmosda Günəş enerjisini toplayacaq və lazerin köməyi ilə Yerə ötürəcək orbital stansiya üzərində işləyirlər. Çinin “Science Technology Daily” elmi nəşri xəbər verir ki, artıq Çinin Çunçin şəhərində bu məqsədlər üçün istifadə olunacaq eksperimental bazanın tikintisinə başlanılıb. Yaxın 5 ildə ilk sınaq elektrik stansiyası stratosferə buraxılacaq. Layihəni ölkənin Kosmik Texnologiyalar Agentliyi həyata keçirir. Bu agentlik 2022-ci ildə Çinin xüsusi kosmik stansiyasının quraşdırılmasını da planlaşdırır. Cari ildə Çinin kosmik proqramlarının həyata keçirilməsinə 8 milyard dollar ayrılıb. Bu, ABŞ-dan sonra dünyada ikinci göstəricidir. Çinli alimlər bildiriblər ki, yerüstü Günəş panellərindən fərqli olaraq, kosmik elektrik stansiya hava, mövsüm və vaxt dəyişikliklərindən asılı olmayaraq, 24 saat ərzində işləyəcək. Çin Kosmik Texnologiyalar Agentliyinin əməkdaşı Pan Çjixao iddia edir ki, yeni texnologiya bütün bəşəriyyət üçün təmiz və tükənməyən enerji mənbəyi olacaq. Onun sözlərinə görə, əsas problem kosmik elektrik stansiyanın həddindən artıq ağır olmasıdır. Bu qurğu hazırda fəaliyyət göstərən Beynəlxalq Kosmik Stansiyadan min ton ağırdır. Bundan başqa, bu cür nəhəng stansiyanın kosmosa göndərilməsi də mürəkkəb texniki vəzifə olacaq. Bu səbəbdən çinli alimlər həmin stansiyanın hissələrlə birbaşa kosmosda quraşdırılması variantını da nəzərdən keçirirlər. Kosmosda Günəş panellərinin quraşdırılması və lazer vasitəsilə Yerə ötürülməsi layihələri ABŞ, Avropa, Hindistan və Yaponiyada da hazırlanır.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











