Dartılan və qatlanan smartfon nümayiş olundu - VİDEO
Texnologiya
7 Dekabr 2021 17:20
Oxunub 898
Çində eyni vaxtda qatlana və dartıla bilən ekrana malik ilk smartfon nümayiş etdirilib.
Cihazın prototipi TCL şirkəti tərəfindən təqdim olunub.
Smartfon tanınmış analoqları kimi qatlanır. Lakin qatlandıqdan sonra onun ekranı bir toxunuşla 10 düyümədək uzanır.
Qeyd edək ki, “Roll-up” adlanan ekran hələ bazara çıxarılmayıb.
Yeni smartfona gəlincə, bu, yalnız istehsalçı şirkətin texniki imkanlarının nümayişi kimi qiymətləndirilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR