Dünyanı dəyişdirəcək 6 texnologiya

Yaxın 5-15 ildə logistika sənayesi kəskin dəyişəcək. "DHL" şirkətinin innovasiyalar üzrə vitse-prezidenti Markus Kyukelhaus iddia edir ki, 2030-cu ilə logistika sənayesini dəyişdirəcək 6 texnologiya mövcuddur. Avtosfer.az ictnews-a istinadən bildirir ki, Kyukelxaus "Nordic Delivery Conference 2016" konfransı çərçivəsində öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, aşağıdakı 6 texnologiya növbəti 5-15 ildə logistika sahəsini dəyişdirəcək:
Böyük məlumatlar
"DHL" şirkəti risklərin idarəetməsi sahəsində böyük məlumatların tətbiqinə əsaslanan sınaqlar keçirib, buna görə şirkət öz müştəri və tədarükçülərinə uğursuz çatdırmalarla bağlı məsləhət verə bilər.
Sensor texnologiyalar
"DHL" logistikada sensor texnologiyalardan istifadəni genişləndirmək niyyətindədir, logistika sahəsində hərəkət və dərinlik sensorlarının istifadəsində böyük potensial görür.
Artırılmış reallıq
"DHL" şirkəti artırılmış reallıq eynəyi ilə bir sıra uğurlu sınaqlar keçirib. Belə eynəklər məhsulun olduğu və çatdırma yerini göstərən ştrix kod və siyahıları skan edə bilər. Bundan başqa, şirkət Avropa, ABŞ və Asiyada yerləşən mal anbarları üçün "ağıllı" eynək istehsal edir.
3D çap
"DHL" anbarlarda olan məhsul tipləri üzərində "3D" çap texnologiyasından istifadəyə əsaslanan sınaqlar keçirib. Məhsulların təxminən 80%-i "3D" çap üçün əlverişli deyil. Bununla belə, "DHL" şirkəti "3D" çap texnologiyasından istifadədə böyük potensial görür.
Robotlar
Dünyada məhsul anbarlarının təxminən 80%-i əlin köməyi ilə idarə olunur. İndi "DHL" şirkəti anbar operatorları ilə yanaşı işləmək qabiliyyətinə malik robotları sınaqdan keçirir.
Pilotsuz uçan aparatlar
"DHL" şirkəti pilotsuz uçan aparatları çox perspektivli texnologiya hesab edir. Şirkət 2016-cı ilin mayında Almaniyada "Parcelcopter" adlı şəxsi pilotsuz uçan aparatını sınaqdan keçirib. Dronlardan istifadə zamanı rast gəlinə bilən ən böyük çətinliklər bu normativ aspektlərdir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











