Dünyanın ən iri avtomobildaşıyan gəmisi ilk səfərinə başlayıb - VİDEO

Dünyanın ən böyük avtomobildaşıyan gəmisi “BYD Shenzhen” göyərtəsində 7 mindən çox BYD avtomobili ilə ilk səfərinə başlayıb. Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, Çinin şərqindəki Tayçan limanından hərəkətə başlayan gəminin 30 gündən bir az çox müddətə Braziliyanın İtacay limanına çatması gözlənilir.
Uzunluğu 219 metr, hündürlüyü 37,7 metr olan “BYD Shenzhen”in 9200 standart avtomobil yeri var. Bu, dünyanın ən çox “yaşıl avtomobil” istehsalçısı olan BYD-nin sayca 4-cü avtomobildaşıyan gəmisidir. Bütün gəmilər Çində inşa edilib.
Şirkətin nümayəndəsi Van Cunbao deyib ki, “BYD Shenzhen” effektiv yükləmə sistemi və təkmilləşmiş qoruyucu texnologiyaları ilə BYD-nin yeni enerji avtomobillərinin (elektromobil və hibrid avtomobillər) qlobal tədarükü üçün sabit və aşağı karbonlu daşımanı təmin edəcək.
Qeyd edək ki, Çinin avtomobil ixracı 2024-cü ildə 6,4 milyon ədədi ötüb. Çin ardıcıl 2 ildir ki, avtomobil ixracına görə lider ölkədir. BYD, SAİC, “Chery” kimi Çinin iri avtomobil istehsalçıları artan ixrac tələbatını ödəmək üçün avtomobildaşıyan gəmilər inşa etdirir.
BYD ötən il 417 min avtomobil ixrac edib. Braziliya 76 min avtomobil ilə əsas ixrac təyinat ölkəsi olub. İndiyədək BYD avtomobilləri dünyanın 100-dən çox ölkəsinin təxminən 400 şəhərinə çatdırılıb.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











