Dünyanın ilk kriptovalyuta şəhəri tikilir - FOTO/VİDEO

Salvador hökuməti ölkədə bitkoinə həsr olunmuş şəhər tikməyi planlaşdırır.
Layihə “Bitcoin City” adlandırılıb. Bunu ölkə prezidenti Nayib Bukele “Bitcoin Week” konfransında deyib.
Onun sözlərinə görə, şəhər dairəvi formada olacaq və onun mərkəzində nəhəng “B” simvolu şəklində sərgi kompleksi yaradılacaq. “Bitcoin City” sakinləri ƏDV istisna olmaqla, bütün vergilərdən (gəlir, əmlak, kapital artımı və s.) azad olacaqlar. Həmçinin, yeni şəhər yalnız bərpa olunan geotermal enerji mənbələrindən istifadə edəcək.
“Bitcoin City”nin tikintisini maliyyələşdirmək üçün Salvador hökuməti 1 milyard dollar dəyərində tokenləşdirilmiş 10 illik istiqrazlar buraxacaq. Bu layihədə ölkənin tərəfdaşları “Bitfinex” və “Blockstream” şirkətləridir.
Salvador - dünyada bitkoinin qanuni ödəniş vasitəsi statusuna malik olduğu ilk ölkədir (ABŞ dolları ilə bərabər). Sentyabrın 7-də ölkədə müvafiq qanun qüvvəyə minib. Həmin gün səlahiyyətlilər ilk 550 bitkoini alıblar. Sentyabrın 20-də (150 BTC) və oktyabrın 28-də (420 BTC) Salvador hökuməti tərəfindən bitkoinlərin əlavə alışları həyata keçirilib.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











