“ƏDV geri al” bəzi məhsullara niyə şamil edilmir? - Ekspertin İZAHI

Artıq Azərbaycanda bir neçə ildir ki, "ƏDV geri al" kampaniyası həyata keçirilir. Bu tədbir çoxsaylı məhsullara şamil edilib. Amma bəzən marketlərdə alıcılar satılan bütün mallara, ərzaq məhsulları, meyvə və tərəvəzlər üçün də "ƏDV geri al" prinsipini tələb edirlər. Satıcılar isə bu prosesin həmin məhsullara niyə tətbiq edilmədiyini izah edə bilmirlər.
Əhalini maarifləndirmək üçün bu sualı ekspertə ünvanladıq: Niyə bəzi ərzaq məhsulları, meyvə və tərəvəzə "ƏDV geri al" şamil edilmir?
Avtosfer.az bildirir ki, Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimovun dediyinə görə, ərzaq məhsulları, meyvə və tərəvəzə ƏDV tətbiq olunmadığından onların alınması zamanı ƏDV-nin geri qayıtması da baş vermir:
"Bir çox məhsullar ümumiyyətlə ƏDV vergisindən azaddır. O cümlədən, yerli istehsal olunan toyuq əti, yumurta və çörəyə ƏDV ümumiyyətlə tətbiq olunmur.
Onların qiymətinin üzərinə ƏDV vergisi daxil olmadığından həmin məhsulların alınması zamanı ƏDV-nin geri qayıtması prosesi baş tutmur.
Qəbzə diqqətlə nəzər yetirdikdə buna rast gələ bilərik. Burada ƏDV ilə olan məhsulların ayrı, ƏDV-siz məhsulların da başqa bir təsnifatı verilir. ƏDV-nin bu məhsullara tətbiq ediməməsi isə bahalaşmanın qarşısını almaqla, yerli istehsalın stimullaşdırılmasıdır".
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











