Elon Mask insan beyninə çip yerləşdirməyə başlayır - VİDEO

Texnologiya 8 Dekabr 2021 21:45 Oxunub 878
Elon Mask insan beyninə çip yerləşdirməyə başlayır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

San Fransiskoda insan beyninə köçürülə bilən çipləri təkmilləşdir üçün 2016-cı ildə Elon Mask və səkkiz neyroloq tərəfindən “Neuralink Corporation” quruldu.

Onurğa beyni zədələri və nevroloji pozğunluqların müalicəsi kimi tibbi məqsədlər üçün bu yöndə işə başlandığı bildirilir.

Elon Mask “Neuralink”dən ümidlidir.

Ölkə.az xəbər verir ki, 6 sentyabr tarixində “The Wall Street Journal CEO” şurasının Zirvə iclasında canlı yayımlanan bir müsahibədə Elon Maska Neuralinkin 2022-ci ildə nə planlaşdırdığı soruşuldu. Mask isə bu sözlərlə cavab verdi:

"Neuralink meymunlarda çox yaxşı işləyir. Test sayını da olduqca artırdıq. İstifadədən sonra çıxarılmasında bir problem olmayacağına zəmanət veririk. Burada tetraplegiya və kvadriplegiya kimi onurğa beyni ciddi zədələri olan insanlar gələn il sınaqdan keçiriləcək. Ümid edirik ki, müvafiq “FDA” (ABŞ-da Qida və Dərman administrasiyası) məsələni təsdiqləyər."

Replay: Watch Elon Musk Speak at 2021 WSJ CEO Council Summit [VIDEO] -  TeslaNorth.com

Mask bildirib ki, cihazların yerləşdirilməsi standartları FDA tərəfindən tələb olunanlardan qat-qat yüksəkdir.

O, əvvəllər “Neuralink”in çiplərini ilk dəfə insan beyninə yerləşdirilməsi üçün daha erkən tarixləri açıqlamışdı. O, 2019-cu ildə şirkətin 2020-ci ilin sonuna qədər insanlar üzərində testlərə başlayacağını ümid etdiyini demişdi. Daha sonra o bu ilin fevral ayında şirkətin 2021-ci ilin sonunda texnologiyanı insanların beyninə yerləşdirə biləcəklərini açıqlamışdı.

Belə ki, Maskın layihələrinin zamanı ilə bağlı açıqlamaları baxımından mənfi mənada yadda qalıb. Yenə də ağlında olanları reallaşdırdığına hər birimiz şahidik. Aprel ayında sözügedən şirkət çip vasitəsilə video oyun oynayan meymunun görüntülərini yaymışdı. 

Yəni bu sahədə bəlkə də insanlar üzərində testlərə hazır olduqları doğrudur.

İyul ayında 205 milyon dollar topladıqdan sonra "Neuralink" çipinin inkişafına vəsait yönəldəcəyini açıqladı ki, bu da kvadriplegiyaların (qol və ayaqların tam və ya qismən iflici) süni intellekt ilə hərəkət etməsinə imkan verəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh