Banner

“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEO

Texnologiya 26 May 2025 19:30
“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Avtosfer.az MN-ə istinadən xəbər verir ki, Sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış xüsusi təlim meydançasında keçirilib.

Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.
6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “İxtisas atışı”, “Məqbul atışı”, “Snayper müdafiədə”, “Snayper hücumda” və digər çalışmalar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Yarışın yekununda qalib komandalara mükafatlar təqdim olunub.

Oxunub : 794
ŞƏRH YAZ
Ad

E-mail

Şərh