“Google”un Azərbaycan dilində tərcümələri niyə bərbaddır? - Mütəxəssisdən ÇIXIŞ YOLU

“Google” sistemində hansı sözlər daha çox axtarılırsa, həmin sözlər tərcümə sistemində daha dəqiq tərcümə olunur. Hansı sözlər axtarılmırsa və ya axtarışı cüzidirsə, bu sözlərin tərcüməsində yanlışlıqların ola bilməsi ehtimalı daha böyükdür”.
Avtosfer.az xəbər verir ki ,bunu Bizim.Media-ya açıqlamasında internet-media üzrə ekspert Səbuhi Abbasov “Google” internet sistemində xarici dillərdən Azərbaycan dilinə tərcümələrin əksər hallarda yanlış və səhv edilməsi səbəblərindən danışarkən deyib: “Google”da tərcümə sistemi avtomatlaşdırılmış şəkildə kodlaşdırılıb. Yəni burada tərcüməni hansısa bir şəxs etmir. Onu sistemə xüsusi kodla yerləşdirilmiş robotlar tərcümə edir. Bu tərcümə də daha çox zəncirvari sistem əsasında aparılır. Google sistemində hansı sözlər daha çox axtarılırsa, həmin sözlər tərcümə sistemində daha dəqiq tərcümə olunur. Hansı sözlər axtarılmırsa və ya onun axtarışı cüzidirsə, həmin sözlərin tərcüməsində yanlışlıqların ola bilməsi ehtimalı daha böyükdür”. Ekspertin fikrincə, burada ikinci məsələ söz birləşmələrilə bağlıdır: “Müəyyən söz birləşmələri var ki, onlar ayrı-ayrı halda başqa məna, bütöv halda isə bir başqa məna ifadə edir. “Google” sistemində daha az axtarıldığı üçün onlar tərcümə sistemində ilkin göründüyü zaman ayrı-ayrılıqda hansı mənanı verirsə, bir şəkildə olanda da eyni mənanı verir”. S.Abbasov qeyd edir ki, Azərbaycan tərcümə sisteminin peşəkarlıq fəaliyyəti ən yaxşı halda 20-25 faiz civarındadır: “Ancaq elə ümumişlək dillər var ki, onların tərcüməsində daha böyük dəqiqlik var. Buna ingilis, alman, rus dillərilə bağlı tərcümə sistemində daha dəqiq məlumat və yüksək faizli nəticələr əldə etmək mümkündür. Ona görə də “Google” tərcümə sistemində tərcümə edərkən mütləq mənada peşəkar şəkildə redaktələrə ehtiyac yaranır. Əks halda həmin yazılar bir sıra hallarda gülünc nəticələrə gətirib çıxarır”. Ekspert tərcümə sistemində olan qüsurların aradan qaldırılması üçün Çin təcrübəsindən yararlanmağı məsləhət görüb: “Belə nöqsanlar dünyanın böyük coğrafiyasını əhatə etməsinə baxmayaraq Çində də olub. Çində “Google”un birbaşa nümayəndəliyi olduğundan bu səhv tərcümələri aradan qaldırmaq üçün komanda və heyət də vardır. Bunun nəticəsində Çində nöqsanları müəyyən mənada aradan qaldıraraq tərcümənin keyfiyyət əmsalını 50 faizə qaldırmağa nail olublar. Azərbaycan dilinin ifadə coğrafiyasının kiçik olmasını, habelə, “Google”un ölkəmizdə birbaşa nümayəndəliyinin olmamasını nəzərə alaraq aidiyyəti qurumlar məlumatların redaktəsi üçün mobil dəstələrin yaradılması istiqamətində fəaliyyət göstərməlidirlər. Onlar da nöqsanlı tərcümə sözlərini mütəmadi olaraq “Google”un heyətinə çatdırmalıdırlar”.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











