Güclü qarın yaratdığı fəsadlar aradan qaldırıldı - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirləri davam etdirib.
Avtosfer.az xəbər verir ki, son iki gündə cənub zonasında, xüsusilə Yardımlı, Lerik, Astara və Lənkəranın dağlıq ərazilərində güclü qar yağması müşahidə olunub. Nəticədə avtomobil yollarında nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətində çətinliklər yaranıb.
Agentliyin sözügedən rayonlar üzrə mövcud olan, eləcə də qonşu rayonlardan cəlb edilmiş xüsusi texnika və işçi qüvvəsi tərəfindən son iki gün ərzində fasiləsiz olaraq yolların qardan təmizlənməsi işləri aparılıb. Görülən tədbirlər nəticəsində balansda olan bütün avtomobil yollarında nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin edilib.
Ümumilikdə respublika və yerli əhəmiyyətli avtomobil yollarında yolun hərəkət hissəsinin qardan təmizlənməsi, eləcə də buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər fasiləsiz şəkildə həyata keçirilir.
Hazırda AAYDA-nın bütün yol istismar idarələri, həmçinin Avtomobil Yollarının Mühafizə Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Yol şəraitindən asılı olaraq qar təmizləmə və buzlaşmaya qarşı tədbirlər operativ şəkildə davam etdirilir.
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
22.000 kilometrlik Avropa METROSU GƏLİR: Bu ölkələrdən keçəcək











