İkinci hərbi casus peyki orbitə buraxılacaq
Texnologiya
27 May 2024 19:30
Oxunub 406
Yaponiya tərəfi bildirib ki, Şimali Koreya ona iyunun 3-dək peykin orbitə buraxmaq planı barədə məlumat verib. APA xəbər verir ki, söhbət KXDR-in orbitə ikinci hərbi casus peyki çıxarmaq cəhdindən gedir.
Qeyd edilir ki, buraxılış elanı Cənubi Koreya, Yaponiya və Çin liderlərinin Seulda ilk üçtərəfli görüşü üçün toplaşdıqları vaxta təsadüf edib. Yapon Sahil Mühafizəsi Şərqi Asiyada dəniz təhlükəsizliyi məlumatlarını koordinasiya etdiyi və yaydığı üçün Şimali Koreya Yaponiyaya buraxılış haqqında məlumat verir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR