İlk 5G smartfonunun istehsalına başlanacaq
Texnologiya
18 Avqust 2020 23:30
Oxunub 1638
"ZTE" şirkəti sentyabr ayının 1-dən dünyada ilk 5G smartfonunun istehsalına başlayır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, "ZTE Axon 20 5G" adlı bu cihaz kamerası ekran altında yerləşən ilk kütləvi istehsal olunan smartfon olacaq ki, bu da şirkət tərəfindən full ekranlı smartfonlar sahəsində apardığı çalışmaların daha bir mühüm mərhələsidir.
Çin Sənaye və İT Nazirliyinin məlumatına görə, 2460x1080 pikselli 6,92 düyümlük OLED ekranı ilə təchiz olunan yeni spartfon 7,9 mm qalınlığına, 198 qram çəkiyə malikdir. Cihaz 2,4 Ghz tezlikli 8 nüvəli, "Snapdragon 765G" olduğu güman edilən prosesorla təchiz olunub. Maksimum əməliyyat yaddaşı 12 Gbt, maksimim quraşdırılan yaddaşı da 265 Gbt-dir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR