İlk dəfə kainatın tam rəngli şəkilləri çəkilib - FOTO

Avropa Kosmik Agentliyinin (ESA) “Evklid” qrupu ilk dəfə kainatın yüksək dəqiqliklə çəkilən tamamilə rəngli şəkillərini paylaşıb.
Avtosfer.az-ın xəbərinə görə, çəkilən 5 foto təsvir ilə kosmosun heç zaman aşkarlanmayan tərəflərini nümayiş etdirmək üçün 3D xəritə hazırlamaq mümkün olacaq. Bundan başqa, hazırlanacaq bu xəritə ilə kainatın bunadək bizə gizli qalan bəzi sirlərini açmaq mümkün olacaq.
“Evklid” missiyasının əsas vəzifəsi qaranlıq maddə və enerjinin kainatımızı bizə necə göstərdiyini nümayiş etdirməkdir. Missiya qeyd edir ki, kosmosun 95 faizi bu sirli qaranlıq varlıqlardan ibarət olsa da, biz onları hələ ki, dərk edə bilmirik.
Qeyd edək ki, çəkilən bu fotoların əsasında “Evklid” qrupu yaxın 6 ildə daha böyük araşdırmalar aparacaq.
Onlar bu illər ərzində 10 milyard işıq ilinə qədər milyardlarla qalaktikanın formalarını, məsafələrini və hərəkətlərini müşahidə edəcək. Bununla da indiyə qədər hazırlanmış ən böyük kosmik 3D xəritə yaradılacaq.
apa
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











