İlk elektromobil akkumulyatoru zavodu açıldı

Texnologiya 3 İyul 2024 21:00 Oxunub 760
İlk elektromobil akkumulyatoru zavodu açıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cənubi Koreyanın “Hyundai Motor” və “LG Energy Solutions” kompaniyaları İndoneziyada 1,1 milyard dollarlıq ilk elektromobil akkumulyatoru zavodunu açıblar.

Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, zavod ildə ümumi gücü saatda 10 GVt-a çatan akkumulyatorlar istehsal edəcək. Cakarta yaxınlığındakı Karavanq şəhərində yerləşən zavodun tikintisi 2021-ci ildə başlayıb. İndoneziya batareyalarda istifadə olunan ən böyük nikel istehsalçısıdır.

“Bizim çoxlu təbii sərvətlərimiz var. İndiyədək onları xammal kimi ixrac etmişik. Akkumulyator zavodu sayəsində elektromobil sənayesində mühüm qlobal oyunçuya çevriləcəyik”, - deyə ölkə Prezidenti Coko Vidodo zavodun açılış mərasimində çıxışı zamanı bildirib.

Cənubi Koreya kompaniyaları, həmçinin ildə ümumi gücü 20 GVt/saat olan akkumulyatorlar istehsal edəcək ikinci xəttinin tikintisinə 2 milyard dollar sərmayə qoyacaq. Ümumilikdə isə “Hyundai” və “LG Energy” İndoneziyada elektromobil istehsalı üçün infrastrukturun inkişafına 9,8 milyard dollar investisiya yatırmağı planlaşdırır.

Qeyd edək ki, “Hyundai” kompaniyasının İndoneziyada ildə 250 min ədəd istehsal gücünə malik elektromobil zavodu fəaliyyət göstərir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh