İlk “Huawei” monitoru Avropada satışa çıxarılıb

"Huawei" şirkəti ötən ilin sonunda Çində kommersiya istifadəsi üçün nəzərdə tutulan "MateStation B515" fərdi kompüterinin satışlarına başlayıb. Kompüter dəsti monitor, siçan və klaviaturadan ibarət olub.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, bu dəfə isə şirkət Avropa regionunda qeyd olunan dəstə daxil olan ilk monitorun satışlarına başlayıb. "Huawei Display 23.8" monitoru üçün ilkin sifarişlər 159 avrodan qəbul edilir. Sifarişi rəsmiləşdirən istifadəçilər 30 avro məbləğində endirim qazana bilərlər. Satışlara martın 17-dən etibarən başlamaq planlaşdırılır.
Qurğu 1920 x 1080 təsvir ölçülü 23,8 düym diaqonallı ekranla təchiz edilib, 60 giqahers yeniləmə tezliyini və gözdən qoruma texnologiyasını dəstəkləyir. Baxış bucağı 178 dərəcəyə bərabərdir, eləcə də ekran ön səthin 90 faizini əhatə edir. Yuxarı və yan çərçivələrin eni 5,7 millimetr təşkil edir.
Ekran 1000:1 nisbətində kontrastlıqla xarakterizə olunur və "NTSC" rəng məkanının 72 faizini əhatə edir. Siqnal mənbələrinin qoşulması üçün "HDMI" və "VGA" portları nəzərdə tutulub. Displeyin konstruksiyası onu əyməyə və hündürlüyü tənzimləməyə imkan verir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











