İlk “Tesla” smartfonunun şəkilləri yayıldı - FOTO

Texnologiya 16 Mart 2021 08:15 Oxunub 1892
İlk “Tesla” smartfonunun şəkilləri yayıldı  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə “Tesla”nın ilk smartfonunun şəkilləri yayılıb.

“MyDrivers” resursunun məlumatın görə, hazırda elektromobil istehsalçısı “Model Pi” şərti adı altında “ağıllı telefon” üzərində çalışır.

Smartfonun günəş batareyası üzlüyü ilə təchiz olunacağı bildirilir. Şayiələrə görə, “Tesla” mobil cihazı “SpaceX” şirkətinin “Starlink” peyk interneti şəbəkəsinə qoşulacaq. Smartfon vasitəsilə “Marscoin” kriptovalyutasının mayninqi də mümkün olacaq.

Qeyd edək ki, “Tesla” şirkətindən fotolarla bağlı heç bir açıqlama verilməyib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh