İlkin bu yoldan şikayətçidir - "Heç kim keçə bilmir" - VİDEO

"Sizə danışım Süleyman Vəzirov küçəsindən. Artıq neçə ildir bu ərazidə yaşayıram. Bura Xətai Rayon İcra Hakimiyyətinin binasının düz arxasında piyadalar üçün olan səkidir və illərdir belə bir vəziyyətdədir. Təsəvvür edin ki, icra hakimiyyəti binasının arxasında əgər yol belə bərbad vəziyyətdədirsə, görün, rayonun digər yerlərində vəziyyət necədir: nə maşın, nə piyada, nə uşaq , nə də əlil arabası keçə bilir, heç kim".
Bu sözləri aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında bildirib. O, Süleyman Vəzirov küçəsindəki piyada keçidindən şikayətlənib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət edən İlkin bunları söyləyib:
"Avtomobil Yolları Dövlət Agentliyi, nəzərinizə çatdırım ki, Bakı şəhəri təkcə Neftçilər prospektindən ibarət deyil. Bakı şəhərinin digər küçələri də var. Eləcə də Süleyman Vəzirov küçəsi. Bu küçəni axırıncı dəfə nə vaxt xətləmisiniz? Baxın, qarşıda piyada keçidi var. Keçidin yalnız nişanları var. Bura piyada keçididir, amma xətti yoxdur. Gedirik qarşıya, ortada da xətt yoxdur. Yalnız bu təmir olunanda xətt çəkilib, ondan sonra yox". (axsam.az)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











