İlon Mask "beyin implantı"nı insanlar üzərində test edəcək

Texnologiya 28 Yanvar 2022 19:45 Oxunub 1098
İlon Mask "beyin implantı"nı insanlar üzərində test edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İlon Maskın sahibi olduğu "Neuralink" şirkəti yeni texnologiyanın insanlar üzərində testlərinə hazırlaşır.

Avtosfer.az  xarici mətbuata istinadən xəbər verir ki, hazırlanan beyin implantı əvvəlcə iflic kimi nevroloji xəstəliklərin müalicəsi üçün nəzərdə tutulub. 

Qeyd edək ki, kliniki testlərdə iştirak edəcək ilk şəxslərlə həkimlər, aparıcı mühəndislər sıx əməkdaşlıq edəcək. 

Prosesin baş tutması üçün şirkət məsələ ilə bağlı ABŞ-ın müvafiq nizamlayıcı orqanlarından icazə alınmalıdır. Sonra həmin orqanlar bu və ya digər tibbi cihazın insanlar üzərində testlərdə istifadəsinin mümkünlüyünü qiymətləndirirlər. Daha sonrakı mərhələdə isə artıq tibbi cihazın insanlar üzərində testlərinə icazə verilir.

Xatırladaq ki, İlon Mask bir müddət əvvəl şirkətin öz beyin implantını 2022-ci ildə insan beyninə inteqrasiya edəcəyini demişdi. 

TED.az 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh