İlon Mask “Twitter”dəki bu funksiyanı bahalaşdırdı

Texnologiya 9 Dekabr 2022 17:14 Oxunub 720
İlon Mask “Twitter”dəki bu funksiyanı bahalaşdırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İlon Mask “Twitter”i aldıqdan sonra aylıq 8 dollar ödəməklə “Twitter Blue” abunəliyini əldə etməyin mümkün olacağını bildirmişdi.

Avtosfer.az xəbər verir ki, Mask iOS istifadəçiləri üçün mavi təsdiq nişanın qiymətini 11 dollara qədər qaldıra bilər.

Məlumata görə, onun planı “Apple” CEO-su Tim Kukla görüşəndən sonra dəyişib.

Qeyd edək ki, mavi təsdiq nişanını birbaşa tətbiq daxilində əldə etmək istəyənlər bu qiymətə alacaqlar. Amma kənar saytlarda bu funksiyanın abunəliyi yenə əvvəlki qiymətə olacaq. Bunun əsas səbəbi istifadəçilərin ödəyəcəkləri vəsaitin kiçik bir hissəsinin “Apple” şirkətinin hesabına keçməsidir.  

lent.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh