İnsanları yuyan maşın istehsal olunacaq - FOTO
Yaponiyada insanları yuyan maşın istehsal olunacaq. Lent.az xəbər verir ki, Yaponiyanın hamam və mətbəx avadanlıqları istehsal edən şirkəti “Science” insanları yumaq üçün maşın hazırlamağı planlaşdırdığını açıqlayıb. Ultrasəs vannasını ilk dəfə 1970-ci ildə Osaka Sərgisində Yapon markası “Sanyo Electric” təqdim edib. Yaradıcılar 15 dəqiqə ərzində maşın ultrasəsin köməyi ilə insanı təmizləyəcək, masaj edəcək və qurudacağını vəd etdilər.
Yuma zamanı insan rahatlaşdırıcı videolara baxa biləcək. Sensorları təhlil etdikdən sonra süni intellekt fərdi parametrləri seçəcək və insan yuyan maşında düzgün atmosfer yaradacaq. İlk nümunənin 2024-cü ildə toplanaraq 2025-ci ildə ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.
Qeyd olunub ki, avadanlığın içindəki displeylərdə göstərilən sakitləşdirici musiqi və video insanların dincəlməsi üçün rahatlığı təmin edəcək.