İnternet və mobil rabitəsiz işləyən messencerlər açıqlanıb

"Gem4me" messencerinin testlər üzrə mütəxəssisi Anastasiya İliçeva internetə və dayanıqlı mobil rabitəyə qoşulmadan işləyən messencerləri açıqlayıb.
Ekspert "Android" qurğuları üçün hazırlanan "FireChat" proqramını tövsiyə edib. Messencer məlumatların ötürülməsi üçün şəbəkə yaradan "Bluetooth" və birdərəcəli "Wi-Fi" vasitəsilə avtonom rejimində məlumat mübadiləsinə imkan verir. Lakin iki qurğu arasında məlumat ötürmə radiusu 65-70 metrə çatır. "Bridgefy" messenceri də "Bluetooth" və ya "Wi-Fi" vasitəsilə böyük qrup istifadəçilər daxil olmaqla məlumatları 70 metr radiusda ötürməyə şərait yaradır ki, bu da fövqəladə hallar və ya təbii fəlakətlər zamanı böyük əhəmiyyət daşıyır.
"Serval Mesh" messenceri "Wi-Fi" şəbəkələri vasitəsilə mobil telefonlar arasında birbaşa bağlantı yaratsa da, "Wi-Fi" vasitəsilə şəbəkənin formalaşdırılmasında mobil rabitə siqnalı tələb etmir. Ekspertin sözlərinə görə, proqram geniş rabitə dairəsini, eləcə də minimum şəbəkə iştirakçısı ilə böyük ötürmə məsafəsini təmin edir.
"Hike" proqramı analoqlarından əlavə funksiyalarla fərqlənir: məsələn, məlumatların avtonom rejimdə göndərilməsi və şəxsi ünsiyyəti gizlətmək imkanı. O, 100 metrədək məsafədə işləyir və məlumatları interentə qoşulmadan SMS şəklində göndərir. "Signal Offline" messenceri məkanı skan edir, yaxınlıqdakı qurğuları aşkarlayır və istifadəçilərin siyahısını tərtib edir.///fins.az
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











