İranın Hərbi Dəniz Qüvvələrinə 188 ədəd pilotsuz uçan aparat verilib
Texnologiya
23 Sentyabr 2020 20:14
Oxunub 1080
İran Hərbi Dəniz Qüvvələrinə 188 ədəd pilotsuz uçan aparat (PUA) verilib.
Təqdimat mərasimində çıxış edən vitse-admiral Əlirza Təngsəri bu aparatların 200 kilometr məsafəni qət edərək mərkəzə foto və video materiallar göndərmək imkanına malik olduğunu bildirib. Onlar hərbi gəmilərdə yerləşdiriləcək və əsas məqsəd dənizdən gələn təhlükəni dəf etməkdən ibarətdir. İran dəniz sərhədlərini daha mükəmməl qorumaq əzmindədir.
Diqqətə çatdırılıb ki, PUA-lar tam yerli istehsaldır və sərhədlərin mühafizəsi üçün daha səmərəli tədbirlər görüləcək.
Ölkənin Hərbi Dəniz Qüvvələrinə, həmçinin dörd yeni vertolyot da verilib. (Azərtac)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR