Reklam

Jeep üç yeni elektromobili nümayiş etdirib - VİDEO

Texnologiya 15 Sentyabr 2022 21:25 Oxunub 1376
Jeep üç yeni elektromobili nümayiş etdirib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Stellantis konserni keçirdiyi 4xe Day tədbiri çərçivəsində üç Jeep elektromobilini təqdim edib. Brendin məhsul strategiyası bu beşilliyin sonunadək dörd elektromobilin satışa çıxarılmasını nəzərdə tutur. Onlardan birincisi gələn ilin əvvəlində Avropada debüt edəcək yığcam Avenger krossoveridir. Jeep markasının elektrik çeşidinə həmçinin Recon və Wagoneer S modelləri də daxil olacaqlar.

Jeep brendinin elektrikləşdirmə planı 2025-ci ilin sonuna qədər dörd elektromobilin satışa çıxarılmasını nəzərdə tutur. 2030-cu ilə qədər Jeep markasının ABŞ bazarındakı ümumi satışlarında elektromobillərin payı 50 faizə çatmalıdır. Avropada isə, göstərilən vaxta qədər, amerikan markasının model xəttində ümumiyyətlə yanacaqlı mühərrikləri olan avtomobillər qalmayacaqdır. Artıq yuxarıda qeyd etdiyimiz kimi, Jeep markasının elektrik xəttinin ilk modelləri Avenger, Jeep Recon və Wagoneer S modelləri olacaqlar.

Avropa bazarı üçün nəzərdə tutulmuş ilk Jeep elektromobili Avenger adlanacaqdır. Yığcam krossoverin tamölçülü təqdimatı oktyabr ayında işinə başlayacaq Paris avtosalonunda keçiriləcəkdir. Onun satışlarına isə, gələn il başlanacaqdır.

Elektromobilləri Tıxıdakı (Polşa) zavodda yığacaqlar. Köhnə Dünya ilə yanaşı, bu model Yaponiya və Cənubi Koreyada da satılacaqdır. Yeni Avenger Jeep markasının model xəttində Renegade modelindən bir pillə aşağıda yerləşəcək və dolu batareya ilə təxminən 400 kilometr qət edə biləcəkdir.

Avenger krossoverindən fərqli olaraq, Recon ofrouderi Şimali Amerika üçün nəzərdə tutulub. Əslində, bu “yaşıl” qablaşdırmaya malik olan klassik Wrangler ofrouderidir. Recon modelinin Selec-Terrain dartmaya nəzarət sistemi, E-Locker elektron differensial kilidləri, möhkəm yedək qarmaqları, altlığın müdafiəsi və ofroud şinləri ilə təchiz olunacağı vəd edilir.

 

İstehsalçının sözlərinə görə, Recon ABŞ-ın ən çətin ofroud marşrutu olan məşhur Rubicon Trail yolunu dolu batareya ilə qət etmək iqtidarındadır. Eyni zamanda, onun geri dönmək üçün kifayət qədər enerjisi qalacaqdır. Recon seriaya modeli ictimaiyyətə 2023-cü ildə nümayiş etdiriləcək, onun istehsalına isə, 2024-cü ildə başlanacaqdır.

Nəhayət, Jeep Wagoneer S modeli unikal dizayna sahib olacaqdır. Ofrouder 600 at qüvvəsindən çox gücə malik olan güc qurğusunu alacaq və Jeep Grand Cherokee Trackhawk kimi, 60 mil/saat (97 km/saat) həddinə 3,5 saniyəyə sürətlənəcəkdir. Elan edilmiş yürüş məsafəsi 643 kilometrdir.

Wagoneer S modeli Recon ofrouderi ilə eyni vaxtda debüt edəcəkdir. Hər iki ofrouder Avropa da daxil olmaqla bütü əsas bazarlarda satılacaqdır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh