Kompüter oyunları beyin inkişafına təsir edir? - FOTO

Dünyanın əksər ölkələrində böyük maraqla oynanılan kompüter oyunları artıq idmanın bir hissəsinə çevrilib. Araşdırmalar göstərir ki, kompüter oyunları ciddi asılılıq yaradır.
“Geymer”lər saatlarla, durmadan kompüterin qarşısında vaxt keçirir. Bu isə artıq çəkinin yığılması, görmə problemləri, dayaq-hərəki sistemində pozulmalar və s. kimi problemlərin inkişafına təkan verir. Əlbəttə bu məqamlar insanın 10-12 saat kompüter qarşısında oturduğu zaman baş verir. Peşəkar qaydada 4-5 saat oyunun heç bir problemi olmur. Son elmi araşdırmalar kompüter oyunlarının bəzi faydalı tərəflərini də aşkar edib - onlar stress və əsəbiliyi azaldır, depressiya ilə mübarizə edir. Zee News nəşrinin yaydığı məlumata görə, Kataloniya Universiteti (İspaniya) alimləri 122 elmi araşdırmanın nəticəsini təhlil etdikdən sonra belə qərara gəliblər ki, kompüter oyunları diqqəti və yaddaşı yaxşılaşdırır. Böyük oyun təcrübəsi olan “geymer”lərin beynində yaddaşa cavabdeh olan hipokamp hissəsi bu oyunları oynamayan insanlarla müqayisədə daha böyükdür. Alimlərin fikrinə görə, kompüter oyunları beynin qocalması ilə bağlı olan alzhaymer və s. bu kimi xəstəliklərin profilaktikasında kömək edə bilər. Tədqiqatlar nəticəsində kompüter oyunlarınn beynin quruluşuna və insan davranışa təsir göstərdiyi müəyyən edilib. Kompüter oyunları yaradıcılıq qabiliyyətini də gücləndirir: Yaradıcılıq hər yaş qrupu üçün əla xüsusiyyətdir. Miçiqan Universitetinin araşdırmasına görə, bu xüsusiyyəti video oyunlarla gücləndirə bilərik. Çətin seçim etməli olsanız, oyun sevən bir dostunuzun yanında olmağınız daha yaxşı seçimlər etməyinizə kömək edəcəkdir. Təcrübələrdən aydın olur ki,oyun oynayan insanlar digərlərinə nisbətən daha sürətli və düzgün qərar qəbul edirlər. Strateji oyunlar zəkanın inkişafında kitablar qədər təsirlidir. Motivasiya və empatiya bacarıqlarını artıran kompüter oyunları uşaqlara liderlik keyfiyyəti aşılayır. Gündə bir saat oyun oynamaq beynin dincəlməsinə kömək edir. Nəticədə insan özünü daha rahat hiss edir. Oyunlar insanları həm də sosiallaşdırır: Çox iştirakçılı oyunlar uşaqların sosiallaşması və yaşıdları ilə daha asan ünsiyyət qurmasına təsir göstərir. Qeyd edək ki, döyüş və silah oyunları uşaqların zehni sağlamlığına mənfi təsir göstərir. Psixoloqlar uşaqları şiddət aşılayan oyunlardan uzaq tutmanızı tövsiyə edir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











