Pambıq tarlalarında defolyasiya işləri dronlar vasitəsilə həyata keçirilib - FOTO

Bu gün dronlardan kənd təsərrüfatının bir çox sahələrində müvəffəqiyyətlə istifadə olunur. Kənd təsərrüfatında tətbiq edilən dronlar əkin sahələrinin müxtəlif istiqamətlər üzrə monitorinqini aparmaqla, qısa müddətdə məlumatlar toplayıb sistemləşdirməyə və proqnozlaşdırmaya imkan verir. Dronlar vasitəsilə aqrokimyəvi məhsulların və pestisidlərin bitkilər üzərinə çilənməsi yüksək nəticə göstərir. Ağcabədi rayonunun pambıq tarlalarında defolyasiya işləri ilk dəfə dronlar vasitəsilə həyata keçirilib. Dronlarla havadan dərmanlama rayonun Pərioğullar, Təzəkənd, Boyad və Qaradolaq kəndlərində aparılıb. Pərioğullar kəndində fermer Raquf Qasımovun 3 hektar, Təzəkənd kəndində fermer Rizvan Şıxəliyevin 5 hektar, Boyat kəndində Həsən Cəfərovun 3 hektar, Yeni Qaradolaq kəndində Tofiq İsmayılovun 12 hektar pambıq sahəsi defolyasiya olunub.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Etibar İbrahimov dronlar vasitəsilə havadan dərmanlamanın əhəmiyyətindən danışaraq deyib: “Dronların kənd təsərrüfatında tətbiqi bir sıra üstünlüklərə malikdir. Texnikaların girə bilmədiyi sahələr dronlar vasitəsilə asanlıqla dərmanlanır ki, bu da fermerlərin işini asanlaşdırır. İnanıram ki, yaxın gələcəkdə respublikamızda aqrar sahədə dronlar daha geniş tətbiq olunacaq”.
Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov ölkəmizdə aqrar sahədə müasir innovasiya və texnologiyalardan istifadənin genişləndirildiyini bildirib: “Ötən ay Ağcabədi rayonunun Hacılar kəndində təkrar qarğıdalı əkini sahələrinin ilk dəfə olaraq müasir dronlar vasitəsilə dərmanlanması həyata keçirilib. Dərmanlama prosesini Kənd Təsərrüfatı naziri İnam Kərimov da izləyib. Hazırda isə rayon ərazisindəki pambıq tarlalarında defolyasiya işləri dronlarla aparılır. Defolyasiya işinin traktorlar vasitəsilə həyata keçirilməsi bitkilərin zədələnməsinə, pambıq qozalarının tökülməsinə səbəb olur ki, bu da məhsuldarlığa təsir göstərir. Dronlarla dərmanlama zamanı isə heç bir itkiyə yol verilmir. Yaxın gələcəkdə rayonun digər təsərrüfat sahələrində də dronlardan istifadə olunması nəzərdə tutulub”.
Qeyd edək ki, bu il Ağcabədi rayonunda 4200 hektarı “Azərpambıq” MMC, 5068,8 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1420 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında 10 min 688,8 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir. Mütəxəssislərin ilkin hesablamalarına görə, rayonda 35 min tondan çox pambıq istehsalı gözlənilir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO



















