Qlobal elektron ticarət bazarında kəskin fərq qeydə alınıb

Qlobal elektron ticarət bazarının dövriyyəsi sürətlə artır. İstehlakçılar, xüsusən də pandemiya dövründə internet üzərindən daha tez-tez məhsul və xidmətlər sifariş edirlər.
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) son hesabatı elektron ticarətin reytinqi ilə bağlıdır. Müəlliflər Avropa ölkələrində elektron ticarətin uğurunu qeyd edir və aşağı gəlirli ölkələrdə rəqəmsal dəyişikliklərə nail olmağa səsləyirlər.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, hesabata görə, 2020-ci ildə elektron ticarət sahəsində lider ölkə olmuş İsveçrədə ölkə əhalisinin 97%-i internetə çıxış imkanına malikdir. Reytinqə daxil edilmiş ölkələrin, demək olar ki, hamısı Avropa ölkələridir. Yalnız iki istisna var: Sinqapur 4-cü, Honkonq (Çin) 10-cu yeri tutub. Elektron ticarət üzrə ilk onluğa, həmçinin Danimarka, Böyük Britaniya, Almaniya, Finlandiya, İrlandiya və Norveç daxil edilib. Bu sahədə keçid iqtisadiyyatına malik dövlətlər arasında Belarus və Rusiya liderlik edir.
Hesabat müəllifləri ölkələrin elektron ticarət sahəsindəki nailiyyətlərini bir sıra meyarlar üzrə qiymətləndiriblər: əhalinin təhlükəsiz serverlərə çıxış imkanı, poçt xidmətlərinin etibarlılığı, infrastrukturun mövcudluğu, həmçinin internetə və maliyyə müəssisəsində hesaba malik olan ölkə sakinlərinin sayı.
Bu gün ABŞ və Çin dünyada elektron ticarət üzrə liderdir, amma bu ölkələr reytinqdə müvafiq olaraq 12-ci və 55-ci yerləri tuturlar. Hər iki ölkə ticarətin miqyasına görə liderdir, lakin bir sıra göstəricilər üzrə geri qalırlar. Belə, məsələn, ABŞ-da ilk onluğa daxil edilmiş ölkələrlə müqayisədə daha az insan internetə çıxış imkanına malikdir, Çin isə bu göstərici üzrə ümumiyyətlə dünyada 87-ci yeri tutur.
"Elektron ticarət sahəsində fərq əvvəlki kimi böyükdür" - "UNCTAD"ın nümayəndəsi Şamika Sirimann deyib. - Hətta "G20" ölkələri arasında internet üzərindən alış-veriş edən insanların sayı xeyli fərqlənir: Hindistanda 3%-dən Böyük Britaniyada 87%-dək".
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











