Rusiya yerli planşet buraxacaq - ÇİPİ DƏ ÖZÜNDƏN

Texnologiya 14 Sentyabr 2021 14:31 Oxunub 716
Rusiya yerli planşet buraxacaq - ÇİPİ DƏ ÖZÜNDƏN
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiya yerli mikroprosessor əsasında planşet və digər ağıllı qadcetlərin istehsalını planlaşdırır.

Ötən həftəsonu “Elektron hesablama-informasya sistemləri” elmi-istehsalat mərkəzi (НПЦ Эльвис) “Skif” adlı yerli çipin təqdimatını keçirib.

Öz göstəricilərinə görə iPhone 6 və iPad Air çipləri ilə müqayisə olunan və planşetlərdə, smartfonlarda, “ağıllı” kameralarda, robotexnologiya komplekslərində istifadə oluna bilən “Skif”ə bəzi istehsalçılar artıq maraq göstərməyə başlayıb.  ICL şirkəti gələn ilin ortalarından yerli çip əsasında ilk planşet nümunələrinin istehsalını planlaşdırır. Tələbata uyğun olaraq, şirkət illik həcmi 300 min ədədə qədər çatdıra bilər.

Digər bir şirkət - “БайтЭрг” isə 2023-cü ilin sonundan illik 700 min ədəd istehsal gücü ilə yerli mikroprosessorlu planşet buraxmağa hazır olduğunu bildirib.

Xatırladaq ki, iPad Air-in ilk modeli 2013-cü ildə, iPhone 6 isə 2014-cü ildə satışa buraxılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh