Saatda 1200 km sürətlə hərəkət edəcək kapsulların sınağı keçirilir - FOTO - VİDEO
Texnologiya
8 May 2021 10:55
Oxunub 1124
Milyarder İlon Maskın iddialı layihələrindən biri olan “Virgin Hyperloop” şirkəti Las-Veqasın şimalında səhrada gələcəyin sərnişin nəqliyyatının sınağını keçirir.
Bu barədə 360 TV xəbər yayıb.
Məlumata görə, insanların yerləşəcəyi kapsullar boru ilə saatda 1200 km sürətlə hərəkət edəcək. Bu, sərnişin təyyarəsinin sürətindən artıqdır. Bununla belə, sərnişinlərin turbulentlik hiss etməyəcəyi vurğulanır.
Sistem 2027-ci ildə istismara veriləcək. Ondan ilk olaraq sərnişin yükü həddindən artıq olan Hindistanda və kifayət qədər infrastrukturu olmayan Səudiyyə Ərəbistanında istifadə ediləcək.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR