“SpaceX” tarixdə ən böyük kosmik gəmini orbitə göndərdi - FOTO+VİDEO

Texnologiya 14 Mart 2024 23:49 Oxunub 400
“SpaceX” tarixdə ən böyük kosmik gəmini orbitə göndərdi - FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“SpaceX” tarixin ən böyük kosmik gəmisi olan “Starship Super Heavy”ni orbitə göndərib.

Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, kosmik gəmi ilə birlikdə daşıyıcı raket Texasdakı Boka Çika buraxılış qurğusundan uğurla havaya qalxıb.

Lakin uçuş yenə də uğursuz olub. Belə ki, “SpaceX” həm daşıyıcı aparatı, həm də kosmik gəmini Yerə qaytarmağı planlaşdırsa da bunu bacarmayıb.

Qeyd edək ki, “Starship” indiyə qədər buraxılmış ən böyük və ən güclü kosmik gəmidir. İlon Maskın planlarına görə, o, Aya və Marsa uçacaq. Cari buraxılış sayca üçüncüdür və əvvəlkilər kimi uğursuzluğa düçar olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh