Banner

Süni intellekt üzrə birgə fəaliyyət müzakirə edilib - FOTO

Texnologiya 11 Dekabr 2025 18:27 Oxunub 144
Süni intellekt üzrə birgə fəaliyyət müzakirə edilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan və Böyük Britaniya arasında aviasiya və dəmiryol nəqliyyatı, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal bilik və bacarıqlara malik insan kapitalının inkişafı üzrə birgə fəaliyyətin perspektivləri müzakirə edilib.

Avtosfer.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istindən xəbər verir ki, müzakirələr nazir müavini Samir Məmmədovla ölkəmizdə səfərdə olan Birləşmiş Krallığın Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə ticarət elçisi Lord Con Olderdays arasında görüşdə baş tutub.

Ticarət elçisinə son 20 ildə ölkədə nəqliyyat və kommunikasiya infrastrukturuna yatırılan sərmayələr və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Azərbaycanın Mərkəzi Asiya, eləcə də Orta Dəhliz üzərində yerləşən digər ölkələrlə fəal əməkdaşlığı nəticəsində son illərdə bu dəhlizlə daşımaların həcminin bir neçə dəfə artdığı qeyd olunub.

Görüşdə Zəngəzur dəhlizinin tikintisi üzrə görülən işlər barədə məlumat verilib, layihənin regional kommunikasiyaların şaxələndirilməsinə, eləcə də bölgədə davamlı sülh və rifahın dəstəklənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb.

Şimali İrlandiya ilə süni intellekt sahəsində birgə fəaliyyət müzakirə edilib

Şimali İrlandiya ilə süni intellekt sahəsində birgə fəaliyyət müzakirə edilib

ŞƏRH YAZ
Ad

E-mail

Şərh