Telefon alarkən diqqətli olun: bəzi işbazlar yeni fırıldağa əl atıb

Azərbaycanda dələduzluğun yeni metodu ortaya çıxıb. Bu dəfə mobil telefonların IMEI kodları hədəf alınır. İnsanlara saxta yollarla qeydiyyata alınmış telefonlar satılır. Bunun da ciddi təhlükələri var. Kibertəhlükəsizlik üzrə ekspertlə bu məsələyə aydınlıq gətirmişik.
Avtosfer.az Xəzər TV-yə istinadən xəbər verir ki, əslində dünyada yeni deyil, illərdir var, amma bizdə son zamanlar geniş vüsət almağa başlayıb. Söhbət IMEI kod vasitəsilə mobil telefonların saxtalaşdırılmasından gedir. Bəs, bu, necə baş verir? Kibertəhlükəsizlik üzrə ekspert Fərid Pərdəşünas prosesin "klonlaşdırılma" yolu ilə həyata keçirildiyini deyir.
Ekspert hesab edir ki, IMEI kodu saxtalaşdırılmış mobil cihazlar saxta hesab olunur və bu cihazlarla bağlı istifadəçilər üçün real təhlükələr mövcuddur.
Ölkəmizdə hazırda surəti köçürülmüş mobil cihazların bağlanması gündəmdə olmasa da, bu cür telefon istifadəçiləri digər təhlükələrdən sığortalanmayıblar. Beynəlxalq təcrübə göstərir ki, IMEI kodun saxtalaşdırılması yolu ilə insanlara istifadəyə yararsız, həmçinin borc və cinayət predmeti olmuş mobil telefonlar satılır. Bütün bunlara baxmayaraq, saxtakarlıq edən şəxsi yalnız bir məsələ maraqlandırır...
Qeyd edək ki, IMEI kodun qeydiyyatı adətən rəsmi dövlət qurumları tərəfindən aparılır və hər bir IMEI kodu cihaz vasitəsilə GSM danışıqlarının reallaşması üçün cihazın kimlik kartı hesab edilir. Azərbaycanda mobil cihazların qeydiyyatını və yoxlanışını imei.az saytı vasitəsilə onlayn şəkildə həyata keçirmək mümkündür
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










