Telefon suya düşərsə, BUNU ETMƏYİN

Texnologiya 26 İyun 2023 08:27 Oxunub 712
Telefon suya düşərsə, BUNU ETMƏYİN
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Telefonunuzun sizə mümkün qədər uzun müddət xidmət göstərməsini istəyirsinizsə, ona düzgün qulluq etməli və sudan uzaq olmasına diqqət etməlisiniz.

İstifadəçilərin çoxunun başına gələn ən pis vəziyyətlərdən biri də smartfonların suya düşməsidir. 

Smartfon suya düşdükdə, onu dərhal nəm halında yandırmayın. Bu ən çox yayılmış səhvlərdən biridir. Nəm olanda onu yandırsanız, qısaqapanma və həddindən artıq istiləşmə baş verə bilər və bu, cihaza daha çox zərər verəcək. 

Telefonu silkələməyin və saç qurutma maşını ilə qurutmağa çalışmayın. Çünki bu, onun içindəki həssas elementləri zədələyə və vəziyyəti daha da ağırlaşdıra bilər. 

Bu cür cihazların sökülməsi və yığılmasında təcrübəniz yoxdursa, onları sökməyin. 

Cihaz suya düşübsə, mütəxəssislər onu mümkün qədər tez söndürməyi, batareyanı çıxarmağı, sonra isə telefonu salfetkaya büküb qurumağa qoymağı məsləhət görürlər. (lent.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh