Telefonunuzdakı casus proqramını belə AŞKAR EDİN
Texnologiya
30 Mart 2023 08:30
Oxunub 1124
Smartfonda casus proqramı olduğunu müəyyən etməyin yolu açıqlanıb.
İnformasiya Təhlükəsizliyi üzrə Səlahiyyət Mərkəzinin direktoru Viktor Quleviç bir sıra əlamətlərin smartfonunuzda casus proqram təminatının quraşdırıldığını göstərə biləcəyini bildirib.
Ekspertin fikrincə, ilk əlamət batareyanın çox tez tükənməsi ola bilər. Mobil trafikin istehlakına və cihazın performansının azalmasına da diqqət yetirməlisiniz. Smartfon öz-özünə yenidən sönüb və yenidən işə başlaya bilər.
Başqa bir əlamət şəxsi parametrlərinizdə kortəbii dəyişiklikdir. Məsələn, brauzerdə başlanğıc axtarış səhifəsi dəyişib. Pop-uplar və ya proqram xətası mesajları da görünə bilər. (lent.az)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR