“Tesla” insanabənzər “Optimus” robotu ilə bağlı ilk tizerini yayımladı - FOTO - VİDEO

Tesla “Optimus” insanabənzər robotunun tizerini yayımlayıb. Yayımlanan fotoda robotun ürək şəklində qatlanmış əlləri əks olunub.
Təqdimat sentyabrın 30-da “Tesla AI Day # 2” tədbirində nəzərdə tutulub.
“Tesla AI Day”in əvvəlki təqdimatı keçən il baş tutmuşdu. Məhz həmin vaxt “Tesla”nın rəhbəri İlon Mask robot-humanoid yaratmaq planlarını açıqlamışdı. Öncə robot “Tesla Bot” adlandırılırdı, lakin sonradan “Optimus” adını aldı.
İndi isə Mask vəd edir ki, sentyabrın 30-da şirkət “Optimus”un işləyən prototipini ictimaiyyətə nümayiş etdirəcək.
Bundan əlavə, milyarder əmindir ki, “Tesla”nın robot biznesi sonda elektrik maşınların biznesinə kölgə sala bilər.
“İnanıram ki, uzunmüddətli perspektivdə “Optimus” avtomobildən daha vacib layihə olacaq. Bu, iqtisadiyyat barədə bütün təsəvvürləri başdan-ayağa dəyişəcək”, - Mask bildirib.
oxu.az
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











